Xəbər lenti
Sosial
Sonuncu xəbərlər
Qobustanda ağır qəza: Ölən var
Bakı-Qazax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və Təcili Tibbi Yardım briqadaları cəlb olunub. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər həyatını itirib.
Saatlıda qəza baş verib, motosiklet sürücüsü ölüb
Saatlıda yol qəzası baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Saatlı rayonunun Minbaşılı kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü Rəşmin Əhədovun idarə etdiyi motosiklet “VAZ 2106” markalı avtomobillə toquşub. Xəsarət alan motosiklet sürücüsü ölüb. Faktla bağlı araşdırma aparılır.
FHN həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciət edib
Fövqəladə Hallar Nazirliyi həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciət edib. Canlixeber.com xəbər verir ki, müraciətdə deyilir: “İsti yay günlərində əhalinin xüsusilə həftəsonları istirahət üçün kütləvi üz tutduqları məkanlardan biri də su hövzələridir. Lakin təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması sonda […]
36 kiloqramdan çox narkotik vasitə aşkarlanıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 10-da ümumi çəkisi 36 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqrama yaxın heroin, 33 kiloqramdan artıq marixuana, 400 qrama yaxın metamfetamin olub. Həmçinin tədbirlərlə yabanı halda bitmiş […]
Biləsuvarda 45 yaşlı kişi su kollektoruna düşərək öldü
Biləsuvarda kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Telman Adıgözəl oğlu Ağayev ehtiyatsızlıqdan qrunt suları üçün nəzərdə tutulan su kollektoruna düşüb. O, kollektorda boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.
İstanbulda azərbaycanlını aldadıb 1,5 milyonluq qızılını əlindən aldılar
İstanbulda biri Azərbaycan vətəndaşı olmaqla, iki nəfəri eyni gündə aldadaraq, ümumilikdə 3 milyon lirə dəyərində (təxminən 108,5 min manat) qızıl ələ keçirən dəstə üzvləri saxlanılıb. Canlixeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisin məlumatına görə, şübhəlilər zərərçəkənlərə zəng edərək, özlərini polis əməkdaşı kimi təqdim edib və “Adınız FETÖ əməliyyatında keçir, evinizdəki qızıllar yoxlanılmalıdır” deyərək onları […]
Axtarışda olan 83 nəfər saxlanılıb
İyulun 10-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 21, qanunsuz […]
Təhlükəsizlik kəməri nə üçün vacibdir?
Yol-nəqliyyat hadisələri zamanı xəsarətlərin ağırlığını müəyyən edən əsas amillərdən biri avtomobildə təhlükəsizlik qaydalarına əməl olunmasıdır. Bu qaydalar arasında təhlükəsizlik kəmərinin taxılması həm sürücü, həm də sərnişinlər üçün ən vacib müdafiə vasitələrindən hesab edilir. Buna baxmayaraq, bəzi insanlar qısa məsafələrdə və ya şəhərdaxili hərəkət zamanı kəmərdən istifadəni vacib saymırlar ki, bu da qəza anında ağır nəticələrə […]
Qazaxda avtomobil qəzasında 3 nəfər xəsarət alıb
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, rayon ərazisində iki minik avtomobili toqquşub. Qəza zamanı 46 yaşlı R.Mustafayev, 11 yaşlı Ü.Saralov və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Bakıda məktəbin həyətində gənc oğlana çoxsaylı bıçaq zərbəsi vurulub
Bakının Sabunçu rayonunda internat məktəbinin həyətində bir nəfər bıçaqlanıb Canlixeber.com xəbər verir ki, hadisə Maştağa qəsəbəsində yerləşən 293 saylı orta məktəbin həyətyanı sahəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü Hüseynov Şamil Amil oğlu tanışı ilə dava zamanı bıçaqlanıb. Onun qollarına 4, döş qəfəsi nahiyyəsinə 1 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda hadisəni törədən […]
