Pakistan
Pakistan ordusu Əfqanıstanla sərhəddə ağır silahlardan istifadə edib
Pakistan Silahlı Qüvvələri Əfqanıstan hərbçilərinin Kurram sərhəd bölgəsində açdığı atəşə cavab olaraq ağır silahlardan istifadə edib. Canlixeber.com xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziyası “PTV” məlumat yayıb. “Pakistan ordusu Kurram sektorunda Əfqanıstan Talibanının səbəbsiz atəşinə ağır silahlardan istifadə etməklə effektiv cavab verib”, – deyə məlumatda qeyd olunub. Qeyd olunub ki, cavab zərbəsi nəticəsində Əfqanıstan […]
Pakistanda şiddətli zəlzələ
Pakistanda 5.6 bal gücündə zəlzələ baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən (EMSC) məlumat verilib. Məlumata görə, yeraltı təkanlar səhər saatlarında 141 mindən çox insanın yaşadığı Xuzdar şəhərindən 49 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Azərbaycan XİN Pakistana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirlik “X” hesabında paylaşım edib. “Pakistanın qardaş xalqına Pişəvərdə məktəb binasının bir hissəsinin uçması nəticəsində çoxsaylı şagirdin və bir müəllimin həyatını itirməsi ilə əlaqədar dərin hüznlə başsağlığı verir və təəssüfümüzü bildiririk. Həyatını itirənlərin ailələrinin kədərini bölüşür, bu faciədən zərər çəkən hər […]
Pakistanda məktəb damının uçması nəticəsində 28 uşaq və 1 müəllimə ölüb
Pakistanın Peşəvər şəhərinin Dir-Koloni rayonunda özəl məktəbin damının uçması nəticəsində ən azı 28 uşaq və 1 müəllimə həlak olub. Canlixeber.com xəbər verir ki bu barədə Pakistan mediası məlumat yayıb.Bildirilib ki, həmçinin 20 uşağın xəsarət aldığı bildirilir. Paytaxt polisinin rəisi Mian Səid damın uçması nəticəsində 40-dan çox insanın zərər çəkdiyini bildirib. Onun sözlərinə görə, hadisədən sonra […]
Pakistanda təyyarə qəzaya uğradı: Pilotlar həlak oldular
Pakistan Hərbi Hava Qüvvələrinə məxsus “Mushshak” adlı təlim-məşq təyyarəsi Bəlucistan vilayətində qəzaya uğrayıb və nəticədə iki pilot həyatını itirib. Canlixeber.com xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinin mətbuat xidməti rəsmi məlumat yayıb. Dəqiqləşdirilmiş məlumatlara əsasən, bədbəxt hadisə regionun inzibati mərkəzi sayılan Kvetta şəhəri ərazisində qeydə alınıb. Fövqəladə hadisəyə texniki nasazlığın səbəb olduğu bildirilir.
Əfqanıstan və Pakistan hərbçiləri arasında silahlı qarşıdurma olub
Əfqanıstan və Pakistan hərbçiləri arasında Paktiya vilayətinin sərhədyanı ərazisində silahlı toqquşma olub. Canlixeber.com xəbər verir ki, bu barədə “TOLOnews” portalı Əfqanıstan qüvvələrinin 203-cü “Mənsuri” ordu korpusunun rəsmisinə istinadən məlumat yayıb. Məlumata görə, insident iki ölkə arasında Kabildə tanınmayan Durand xətti boyunca, Dand-Patan bölgəsində baş verib. Əfqanıstan tərəfi atəşi ilk olaraq Pakistan hərbçilərinin açdığını, bundan sonra […]
Pakistan Səudiyyə Ərəbistanında hərbi qüvvələr yerləşdirdiyini rəsmən təsdiqlədi
Səudiyyə Ərəbistanı və Türkiyə ilə yeni üçtərəfli müdafiə sazişinin (Məkkə müqaviləsi) aktivləşdirilməsi fonunda, Pakistan öz hərbi qüvvələrinin Səudiyyə Ərəbistanında yerləşdirildiyini təsdiqləyib. Canlixeber.com xəbər verir ki, bu barədə Pakistan ordusunun rəsmisi, general-leytenant Əhməd Şərif Çaudri məlumat verib. Onun sözlərinə görə, Pakistan hərbçiləri müxtəlif hərbi sahələrdəki imkanları ilə birlikdə Səudiyyə Ərəbistanında artıq mövcuddur. O qeyd edib ki, […]
Zorla içki içirtdilər, təklif olunan pulla razılaşmadılar: Pakistanda təcavüzə uğrayan qızın ifadəsi üzə çıxdı
Pakistanda üç nəfərin təcavüzünə məruz qalan 23 yaşlı azərbaycanlı Diana Bağıyevanın məhkəmədə verdiyi ifadə bəlli olub. Canlixeber.com xəbər verir ki, Diana Bağıyeva ifadəsində bildirib ki, sentyabrın 13-də İstanbuldan İslamabada gəlib. Bundan sonra beş gün Faysalabadda qalıb, Lahora yola düşüb, həmçinin Skarduya baş çəkməyi planlaşdırıb. Diana tək səyahət etdiyi üçün tanışları Nimra və Muskanla əlaqə saxlayıb. […]
Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana qayıdıb
“Pakistanda üç nəfərin təcavüzünə məruz qalan azərbaycanlı Diana Bağıyeva nəhayət Pakistanı tərk edib və polisin müşayiəti altında Bakıya yola düşüb. Canlixeber.com xəbər verir ki, bu barədə “Daily Pakistan” nəşri yazıb. Qeyd edilib ki, Diana Bağıyevanın oktyabrın 3-də Bakıya yola salınması planlaşdırılıb. Lakin Diana Bağıyevanın Pakistanı tərk etməsi bir gün ləngiyib və o oktyabrın 4-də bu […]
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir?
Pakistanda üç nəfərin təcavüzünə məruz qalan Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə bağlı yeni faktlar ortaya çıxıb. Canlixeber.com xəbər verir ki, sosial şəbəkənin Pakistan seqmentində Diana Bağıyevanı ilk dəfə bu ölkəyə gətirdiyi iddia olunan şəxslə (böyük ehtimalla əri – red.) fotosu yayılıb. Sözügedən şəxsin pakistanlı iş adamı Zain Buxari olduğu bildirilir. Diana Bağıyevanın iş adamından 2.5 […]
