Xəbər lenti
Sosial
Sonuncu xəbərlər
Sumqayıtda avtomobil piyadanı və maşını vurub
Sumqayıt şəhəri Heydər Əliyev prospektində piyadavurma hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, “Opel Astra” markalı, 90-TJ-149 dövlət nömrə nişanlı avtomobil qarşısına çıxan piyadanı (qadın cinsli) vurub. Daha sonra isə avtomobili geriyə doğru hərəkət etdirərək “Toyota Land Cruiser” markalı 90-SM-205 dövlət nömrə nişanlı avtomobili əzib. İlkin məlumata görə, baş hissəsindən xəsarət alan piyada dərhal xəstəxanaya […]
İcra başçısı Vətən müharibəsi iştirakçısını köməkçisi VƏZİFƏSİNDƏN ÇIXARDI
Göygöl Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub. Canlixeber.com xəbər verir ki, bu barədə icra başçısı Vüqar Novruzov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Göygöl Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Yusif Hacıyev vəzifəsindən azad edilib. Digər əmrlə, o, İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri təyin olunub. Qeyd […]
Bakının üç əsas küçəsi iki gün BAĞLI OLACAQ
İyulun 13-ü, saat 07:00-dək Bakı şəhərində aparılacaq təmir işləri ilə əlaqədar üç küçədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə tam məhdudlaşdırılacaq. Canlixeber.com bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Məlumata görə, Səməd Vurğun küçəsi (Füzuli küçəsindən A.A.Bakıxanov küçəsinədək), Nazim Hikmət küçəsi (H.B.Zərdabi-Mətbuat prospektlərindən A.M. Şərifzadə küçəsinədək), Sənan Abdullayev küçəsi (“Baksol” yolu) – […]
Abşeronda velosiped və akkumulyator oğurlayan şəxs saxlanılıb
Abşeron rayonunda talama cinayətləri qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, naməlum şəxs müxtəlif vaxtlarda zərərçəkənə məxsus velosipedi, digər bir vətəndaşın avtomobilindən akkumulyatoru və Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birindən nağd pul oğurlayıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum […]
Bakı və Sumqayıtda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Həyata keçirilən tədbirlər nəticəsində 2-si uşaq olmaqla 3 nəfər xilas edilib, 4 nəfərə müvafiq […]
Xırdalanda minik avtomobili sərnişin avtobusuna çırpıldı: Yaralı var
Abşeron rayonu Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, KIA markalı minik maşını 517 nömrəli marşrut xətti üzrə hərəkət edən “Isuzu” markalı sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə, hadisə nəticəsində minik avtomobilinin sərnişini xəsarət alıb. Hadisə ilə bağlı aidiyyəti quruma müvafiq sorğu verilib.
Sabirabadda məktəbdə yanğın olub
Sabirabad rayonunun Yolçubəyli kəndində məktəbdə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli məktəb binasının yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Azərbaycan Baş Prokurorluğu Monteneqrodan gələn sorğunu icra etdi
Monteneqro Respublikasından daxil olmuş hüquqi yardım sorğusu Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən icra olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən EUROJUST vasitəsilə Monteneqro Respublikasının Ali Prokurorluğundan xüsusilə ağır cinayətə dair daxil olmuş hüquqi yardım sorğusu icra edilib. Sorğu Monteneqro Respublikasının ərazisində baş vermiş qəsdən adam öldürmə faktı […]
Masallıda atdan yıxılan 49 yaşlı kişi ölüb
Masallı rayonunda atdan yıxılan 49 yaşlı kişi ölüb. Canlixeber.com xəbər verir ki, hadisə ötən gün rayonun Ninalov kəndinin ərazisində baş verib. Məlumata görə, kənd sakini 1977-ci il təvəllüdlü Mikayıl Əbilov ehtiyatsızlıqdan atdan yıxılıb. Faktla bağlı araşdırma aparılır.
Azərbaycan vətəndaşının Tbilisidə qətlində ittiham olunan şəxs Batumi aeroportunda saxlanılıb
Gürcüstanda Azərbaycan vətəndaşı Fatimə Kərimovanı qətlə yetirməkdə ittiham olunan Emin Əliyev Batumi Beynəlxalq Hava Limanında saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata əsasən, təqsirləndirilən şəxsin həbsi Türkiyə və Azərbaycan hüquq-mühafizə orqanları ilə sıx koordinasiya şəraitində, həmçinin Gürcüstanın Türkiyədəki polis attaşesinin birbaşa iştirakı ilə həyata keçirilib. Qeyd edək ki, qətl hadisəsi iyunun […]
