1 min read

“Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu

Yeni mövsümün hazırlıq mərhələsini davam etdirən “Kəpəz”in sabah keçirilməsi planlaşdırılan növbəti yoxlama matçı baş tutmayacaq. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azər Məmmədovun komandası Qəbələ şəhər stadionunda Qətərin II Liqa təmsilçisi “Əl-Xaraitiyat” klubu ilə üz-üzə gəlməli idi. Lakin sözügedən qarşılaşma Qətər klubunun istəyi ilə ləğv edilib. Saat 18:00-da başlaması nəzərdə […]

1 min read

Çimərlikdə oğurluq edən şəxs saxlanılıb

Səbail rayonu ərazisində yerləşən çimərliklərin birində oğurluq hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, zərərçəkənlər polisə müraciət edərək içərisində 710 manat dəyərində mobil telefon və digər şəxsi ləvəzimatların olduğu çantalarının naməlum şəraitdə oğurlandığını bildiriblər. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı E.Məmmədov […]

5 mins read

“Arzum” məhkəmədə danışdı: Qəza anı həyəcandan dizlərim tutuldu, özümdən getmişdim

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan “Arzum 999” ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən İ.Hacıyeva özünü təqsirli bilmədiyini deyib. […]

1 min read

“Orhus” – “Sabah” oyununu sloveniyalı referi idarə edəcək

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Orhus” (Danimarka) – “Sabah” oyununun hakim təyinatları bəlli olub. Canlixeber.com xəbər verir ki, qarşılaşmanı sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək. Ona həmyerliləri Aleksandar Kasapoviç və Qreqa Kordej kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Martin Matoşa yerinə yetirəcək. VAR hakimi Matey Yuq, onun köməkçisi isə Alen Boroşak olacaq. Qeyd […]

5 mins read

Bakıda ölü doğulan körpənin meyitini zirzəmidə gizlədən klinika ilə bağlı QƏRAR

Bakıda ölü doğulan körpənin meyitini zirzəmidə gizlətdiyi deyilən “Vital Hospital”da bir sıra qanun pozuntuları aşkarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1-ci maddəsinə əsaslanaraq, 21-23 iyul 2026-cı il tarixləri arasında Səhiyyə Nazirliyi […]

2 mins read

Estetik cərraha və anestezioloqa hökm oxundu

LOR, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Yaqub Əsədiyə 5 il, Cəmilə Əliyevaya isə 4 il müddəttinə azadlıqdan məhrumetmə cəzasının verilməsini və cəzanın məntəqə tipli cəzaçəkmə […]

2 mins read

Cüdo Federasiyasından idmançı uşaqların hüquqlarının pozulması barədə iddialara cavab

Təxminən 10 ildir cüdo ilə məşğul olan yeniyetmənin yarış zamanı hüquqlarının pozulduğu iddia edilir. Canlixeber.com xəbər verir ki, bu barədə yeniyetmənin anası Səyyarə Elxan sosial şəbəkədə hesabında paylaşım edib. O bildirib ki, oğlu yarış zamanı hakimlər tərəfindən ədalətsizliyə məruz qalıb. Onun sözlərinə görə, oğlunun etdiyi hərəkət “ippon” olduğu halda, hakim qərarı düzgün qiymətləndirməyib: “O qədər […]

1 min read

Dünya çempionatı: Nihad Süleymanlı 1/4 finala vəsiqə qazanıb

Azərbaycan sərbəst güləşçisi Nihad Süleymanlı Bakıda təşkil olunan U-17 dünya çempionatında 1/4 finala vəsiqə qazanıb. Canlixeber.com xəbər verir ki, 80 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda qırğızıstanlı Ali Zakirjanovu 10:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda […]

1 min read

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 65 yaşlı Ehtiram Məmmədov və 53 yaşlı Qafur Abdurahmanov saxlanılıblar. Canlixeber.com xəbər verir ki, onlardan marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə sözügedən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

1 min read

Xırdalanı “Memar Əcəmi” metrosu ilə əlaqələndirən avtobuslar dəyişdirilir

Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 135 nömrəli marşrut xətti üzrə avtobuslar dəyişdirilir. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata əsasən, avqustun 1-dən Xırdalan şəhərini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 135 nömrəli müntəzəm marşrut xətti üzrə istismar olunan dizel mühərrikli avtobuslar CNG texnologiyası ilə təchiz edilən böyüktutumlu “İveco” […]