1 min read

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata əsasən, paytaxtın Hüseyn Cavid prospektində (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Ayna Sultanova küçəsində (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir. […]

1 min read

“Qəbələ” konqolu futbolçu transfer etdi

“Qəbələ” yay fasiləsində daha bir transferini reallaşdırıb. Canlixeber.com xəbər verir ki, “qırmızı-qaralar” Konqo Demokratik Respublikasından olan Natan Monzanqo (Nathan Monzango) ilə 1+1 illik müqavilə bağlayıb. 25 yaşlı mərkəz müdafiəçisinin son klubu “Bravo” (Sloveniya) olub. O, buna qədər “Şole”, “Amyen”, “Pau”, ”Vilfranş” (hamısı Fransa), “Çaykur Rizespor” (Türkiyə) klublarının şərəfini qoruyub.

1 min read

Bakıda daha iki marşrut xəttinin avtobusları yenilənib

Bakının Ramana qəsəbəsinin “Şuşa şəhərciyi” yaşayış massivini Cəmşid Naxçıvanski küçəsi ilə əlaqələndirən 214 nömrəli və qəsəbənin Fərrux Qayıbov küçəsini “Koroğlu” NMM-lə əlaqələndirən 214A nömrəli şəhərətrafı avtobus marşrutları üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, iyulun 1-dən yeni daşıyıcı xəttin istismarını həyata keçirəcək. Canlixeber.com xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məlumat yayıb. Məlumata əsasən, 214 nömrəli […]

2 mins read

Qardaşı tərəfindən nişanlısı bıçaqlanan yeniyetmə qız danışdı

Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Araz Səmədovun cinayət işi üzrə məhkəməsi davam etdirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda Nazilə Şəmsiyeva (ad, soyad şərtidir) şahid qismində dindirilib. O bildirib ki, təqsirləndirilən şəxs onun qardaşıdır: “Zərərçəkənlə, yəni nişanlımla yataq otağında oturmuşdum. […]

1 min read

Bakıda kişi telefonuna baxan arvadını döydü

Bakıda kişi mobil telefonuna baxan həyat yoldaşını döyüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü İlyas Ağayev (soyadı şərtidir) evinə gec gəlib və onun telefonu stolun üstündə qalıb. Ondan şübhələnən həyat yoldaşı telefonu götürüb “WhatsApp” yazışmalarına baxarkən İlyasın bir xanımla səmimi yazışmasını görüb. O, həmin […]

1 min read

Göyçayda qəzaya uğrayan VAZ kanala düşdü: Sürücünün meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu VAZ-2106 markalı avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə […]

1 min read

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib. Canlixeber.com xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət polkovnik-leytenantı Hikmət Əliyev sözügedən vəzifəyə təyin olunub. Qeyd edək ki, polkovnik-leytenantı Hikmət Əliyev bundan əvvəl DYNX-nın Şimal Regional Dövlət Yanğın Nəzarəti idarəsinin […]

1 min read

Ağdamda 71 yaşlı kişi pilləkəndən yıxılıb öldü

Ağdam rayonunda kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 28-də axşam saatlarında şəhər ərazisindəki fərdi yaşayış evlərindən birinin həyətində baş verib. Şəhər sakini, 1955-ci il təvəllüdlü Baxşeyiş Bayram oğlu Əmirov ehtiyatsızlıqdan yaşadığı evin pilləkənindən yıxılıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Ötən gün vətəndaşlardan qanunsuz saxlanılan silahlar götürülüb.

İyunun 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 qumbaraatan, 1 tapança, 5 qumbara, 3 alışdırıcı, 7 tüfəng, 12 patron darağı və 3025 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu […]

1 min read

6.8 ton çətənə məhv edilib

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 29-da ümumi çəkisi 1,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Həmçinin yabanı halda bitmiş 6,8 ton çəkidə 20136 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.