1 min read

“İmarət” İslam Dünyası İrs Siyahısına daxil edildi

Ağdamın “İmarət” Tarixi-Memarlıq Muzey-Kompleksinin ICESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilməsi ilə əlaqədar sertifikat təqdim olunub. Canlixeber.com xəbər verir ki, sertifikatı ICESCO-nun baş direktoru Salim əl-Malik Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynova təqdim edib. Təltifetmə 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutub.

1 min read

Ağdamda III Beynəlxalq Xankəndi Ultramarafonunun son mərhələsinə start verilib

Ağdamda III Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – sonuncu mərhələsinə start verilib. Canlixeber.com xəbər verir ki, iştirakçılar son mərhələdə Ağdamdan Xankəndiyə qədər 29,2 km məsafə qət edəcəklər. Bununla da atletlər dörd gün ərzində ümumilikdə 192 km məsafə qət edərək Xankəndidə finişə çatacaqlar. Marafon Azərbaycan Respbulikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası […]

2 mins read

“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı

Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Canlixeber.com xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Salahov 9 il azadlıqdan məhrum edilib. İttihama görə, hadisə rayonun Mahrızlı kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Ceyhun Salahov həyat yoldaşı Gülzəndə Abbas qızı Salahovanı balta ilə […]

1 min read

Ağdamda traktor minaya düşüb

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində 2026-cı il 5 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Ağcabədi rayonu Şotlanlı kənd sakini 1972-ci il təvəllüdlü Sarıyev Elmdar Xan oğlunun minalardan təmizlənməmiş ərazidə idarə […]

2 mins read

Ağdamın kəndlərində torpaqların əkini üçün müraciətlərin qəbuluna başlanır

Bu gündən Ağdam rayonunun Kəngərli, Sarıcalı və Xıdırlı kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilib ki, müraciətlərin qəbulu Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) – eagro.az saytı vasitəsi ilə həyata keçirilir. Sözügedən kəndlərdə məskunlaşan və […]

1 min read

Ağdamda sahibkar və şirkət işçisi narkotik vasitə ilə tutulublar

Ağdam rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs və şirkət əməkdaşı həbs ediliblər. Canlixeber.com xəbər verir ki, hər iki şəxs Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rayonun Baharlı qəsəbəsində saxlanılan 1991-ci il təvəllüdlü Tahir Nurəddin oğlu Əliyevdən qurudulmuş marixuana aşkar edilib. O, izahatında göstərib ki, tanışı Elçinlə birlikdə Baharlı qəsəbəsində marixuana çəkib: “Marixuanaya görə […]

1 min read

Ağdamda kişi qətlə yetirildi – Kürəkəni tutuldu

Ağdamda qətl hadisəsi törədilib. Canlixeber.com xəbər verir ki, hadisə Səfərli qəsəbəsində qeydə baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu şəxsi münasibətlər zəminində bıçaqlanıb. Z.Hüseynov aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Onu qətlə yetirməkdə kürəkəni, 1996-cı il təvəllüdlü Eldəniz Elşən oğlu Qənbərov şübhəli bilinir. E.Qənbərov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

1 min read

Ağdamda yanğının miqyası böyüyür: Alov daha iki kəndə doğru yayılır

Ağdam rayonu ərazisində açıq sahələrdə başlayan yanğınlar bu gün Saybalı və Bağbanlar kəndləri istiqamətinə yayılıb. Canlixeber.com xəbər verir ki, əraziyə Ağdam və Ağcabədi rayonlarının Yanğından Mühafizə bölmələrinin texnika və canlı qüvvəsi cəlb olunub. Bundan başqa, Mərzili istiqamətində yanğın baş verən ərazidə ardıcıl partlayış səsləri eşidilir. Yanğının keçmiş təmas xəttində minalanmış ərazilərə yayılması səbəbindən partlayışların baş […]

1 min read

Ağdamın iki kəndində günlərlə davam edən yanğınlar söndürüldü

Ağdamın Kəngərli və Papravənd kəndlərində açıq sahələrdə yanğınlar söndürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ağdam rayonunun Kəngərli və Papravənd kəndləri istiqamətlərində açıq sahələrdə baş vermiş yanğınlar ərazilərin minalanmış və havanın küləkli olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz […]

1 min read

Ağdamın bu kəndi YANIR

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Kəngərli kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. Əlavə məlumat veriləcək. Qeyd edək ki, gecə saatlarında Sarıcalı kəndində yanğın hadisəsi baş verib.