1 min read

Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlanıb

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 35 yaşlı Azər Mustafayev saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Canlixeber.com-a verilən məlumatda bildirilir ki, həmin şəxsdən 15 kiloqram marixuana və 4 kiloqram heroin aşkarlanıb. “Saxlanılan şəxs ifadəsində əldə etdiyi narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini […]

1 min read

Şəmkirdə yeniyetmə qız QƏTLƏ YETİRİLDİ: 16 yaşlı BACISI SAXLANILDI

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. Canlixeber.com xəbər verir ki, yeniyetməyə üç bıçaq zərbəsi vurulub. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən 16 yaşlı S.Rəhimova saxlanılıb. O, qətlə yetirilən yeniyetmənin bacısıdır. Faktla bağlı araşdırma aparılır

1 min read

Şəmkirdə yaralı vəziyyətdə tapılan 12 yaşlı qız xəstəxanada öldü

Şəmkirdə itkin düşdüyü ehtimal olunan 12 yaşlı qız bıçaqlanmış vəziyyətdə valideynləri tərəfindən yaşadıqları həyətdə tapılıb. Canlixeber.com xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə.Namazova xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.

1 min read

Şəmkirdə mübahisə zəminində qadın xəsarət alıb

Şəmkirdə mübahisə zəminində qadın xəsarət alıb. Canlixeber.com xəbər verir ki, 2005-ci il təvəllüdlü Səma Ocaqverdiyeva mübahisə edən həyat yoldaşını ayırmaq istəyərkən kəsici alətdən xəsarət alıb. İlkin ehtimala görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs içkili halda küçədə nalayiq ifadələr işlədib. Bu zaman qadının həyat yoldaşı həmin şəxsə iradını bildirib və tərəflər arasında əlbəyaxa dava düşüb. Nəticədə, […]

1 min read

Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib

Şəmkir rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb. Canlixeber.com xəbər verir ki, 11 nəfər restoranlardan birində qida qəbul etdikdən sonra zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yeləşdirilib. Bunlar Mədinə İsmayılova (1995), Sevil Cəlilova (1994), Gülbəniz Cəlilova (1973), Leyla Qurbanova (2007), Rüfət Qurbanov (1999), Türə Daşdəmirova (1999), Famil İsgəndərov (1994), Aysu Abbasova (2015), Rüxsarə İsgəndərova (1967), Fatimə […]

1 min read

Şəmkirdə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” ilə “Hyundai” markalı minik maşınları toqquşub. Nəticədə “VAZ 2106”-nın sürücüsü ölüb, xəsarət alan 1 nəfər isə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Şəmkirdə itkin düşən yeniyetmənin meyiti tapıldı

Şəmkirdə itkin düşən yeniyetmənin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. 2012-ci il təvəllüdlü F.Rzayevin yaşadığı evin arxa hissəsində meyiti tapılıb. 14 yaşlı yeniyetmənin ölüm səbəbi məlum deyil. Onun dünəndən itkin düşdüyü bildirilir. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

1 min read

Şəmkirdə evdən qadın meyiti tapılıb

Şəmkirdə evdən 69 yaşlı qadının meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini 1957-ci il təvəllüdlü X. Gözəlovanın meyiti yaşadığı evdə aşkarlanıb. Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. 69 yaşlı qadının hansı şəraitdə ölməsi məlum deyil. Faktla bağlı Şəmkir rayon prokrorluğunda araşdırma aparılır

1 min read

Evdən qadın meyiti tapıldı

Şəmkirdə meyit tapılıb. Canlixeber.com xəbər verir ki, rayon sakini 1967-ci il təvəllüdlü G.Mehdixanovanın meyti yaşadığı evdən aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölüm səbəbləri məlum deyil. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.