Yol-nəqliyyat hadisəsi
Bərdədə 17 yaşlı gənci “KamAz” vurdu
Bərdə-Yevlax yolunda qəza baş verib. Canlixeber.com xəbər verir ki, hadisə zamanı hərəkətdə olan “KamAz” markalı yük avtomobili yolu keçən 2009-cu il təvəllüdlü Əsədov Şamxal Nəsir oğlunu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 17 yaşlı Ş.Əsədov Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Oğuzda minik maşını aşıb: 7 YARALI VAR
Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün saat 12 radələrində Kərimli kəndi ərazisində qeydə alınıb. Sürücünün idarəetməni itirməsi nəticəsində “Mercedes” markalı, 10-XS-235 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində yeddi nəfərin yüngül xəsarətlə xəstəxanaya müraciət etdiyi bildirilir.
Tovuzda iki maşın toqquşdu: Dördü qadın olmaqla beş yaralı var
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Rayonun Əhmədabad kəndində minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər xəsarət alıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan beş nəfər (dörd qadın, bir kişi) 25.08.2026-cı il tarixində saat 09:40-da Tovuz […]
Yevlaxda avtomobil motosikletlə toqquşub, ölən var
Yevlaxda avtomobilin motosikletlə toqquşması nəticəsində 1 nəfər ölüb. Canlixeber.com xəbər verir ki, 2005-ci il təvəllüdlü Yevlax rayon sakini İsayev Nazim Nail oğlu etibarnamə ilə idarə etdiyi VAZ-2106 markalı avtomobillə Yevlax şəhəri, Füzuli küçəsi ilə hərəkətdə olan zaman 1954-cü il təvəllüdlü Yevlax şəhər sakini Kərimov Mahmud Talıb oğlunun idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub. Nəticədə motosikletin […]
Şəmkirdə yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alanlar var
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsinə gedən yolda qeydə alınıb. Belə ki, hərəkətdə olan “Ford Transit” markalı yük avtomobili ilə “QAZ 3110” markalı minik maşını toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Qaradağda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
Paytaxtın Qaradağ rayonu, Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Goranboyda yük avtomobili qəza törədib, 1 tona yaxın yanacaq yola tökülüb
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, Türkiyə Respublikası vətəndaşı 1969-cu il təvəllüdlü S.Hakyeməz idarə etdiyi İveco (TIR) markalı yük avtomobili ilə Qazax istiqamətində hərəkətdə olarkən avtomobil idarəetmədən çıxıb. Nəticədə yük avtomobili magistral yolunun dəmir arakəsməsinə dəyib. Qəza zamanı xəsarət alan olmasa da avtomobilə və yol […]
Ucarda motosiklet piyadanı vurdu: Sürücü özü də xəsarət aldı
Ucarda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Səttarxan küçəsində qeydə alınıb. Rayon sakini, 1963-cü il təvəllüdlü Qasım Mahmud oğlu Qasımov idarə etdiyi “Ural” markalı motosikletlə 1962-ci il təvəllüdlü Mais Hacı oğlu Hüseynovu vurub. Nəticədə motosikletin sürücüsü Q.Qasımov və piyada M.Hüseynov müxtəlif dərəcəli xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma […]
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə A. Məmmədov küçəsində baş verib. “Mercedes” və “Volkswagen” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər yaralanıb. Müxtəlif bədən xəsarətləri alan Seyfəddin Mustafazadə, Turan Qiyasova və Rəhman Əhmədov xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır
Bakıda bu ilin 6 ayı ərzində 1543 yol-nəqliyyat hadisəsi olub
Bu ilin 6 ayı ərzində Bakıda baş verən qəzaların sayı açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Məlumata görə, paytaxt yollarındakı videomüşahidə kameralarının əhatə dairəsində ötən il ərzində 1543 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
