3 mins read

Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: “Ailəmin dağılmasını istəmirdim”

Mingəçevirdə 26 yaşlı kişi həyat yoldaşını “TikTok” və “Instagram” sosial şəbəkələrində başqa kişilərlə yazışdığına görə öldürməyə cəhd edib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisində yerləşən mənzillərdən birində baş verib. Şəhər sakini, 2000-ci il təvəllüdlü Emin Kərimov ailəli olub və bu nikahdan bir övladı dünyaya gəlib. O, bir müddət Sumqayıt şəhərində mühafizəçi işləyib, daha […]

2 mins read

Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən şəxs Namiq İslamovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub. İttiham aktına əsasən, hadisə 2025-ci ilin aprel ayında saat […]

1 min read

Abşeronda kişi borc aldığı arvadını bıçaqladı

Abşeron rayonunda kişi borc aldığı arvadını bıçaqlayıb. Canlixeber.com hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Sabir Əliyev (ad və soyad şərtidir – red.) həyat yoldaşından borc alıb və bir neçə günə qaytaracağına söz verib. Müddət başa çatandan sonra həyat yoldaşı Sabirdən verdiyi pulu geri istəyib və ər-arvad arasında mübahisə yaranıb. […]

1 min read

Samuxda 32 yaşlı kişi bıçaqlandı

Samuxda 32 yaşlı kişi bıçaqlanıb. Canlixeber.com xəbər verir ki, 1994-cü il təvəllüdlü Yusif Eyvazov rayonun Qarayeri qəsəbəsində mübahisə zəminində bıçaqlanıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən isə 1985-ci il təvəllüdlü Ülfət Hüseynovdur. O, polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Mübahisənin səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

1 min read

Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı

Göygöldə adam bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, Göygöl rayon ərazisindən fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin birinin yaxınlığında 1990-cı il təvəllüdlü Elvin Mehdiyev bıçaqlanıb. Zərərçəkən Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Onun vəziyyəti kafi qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı B.Xıdırov isə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində saxlanılıb. Mübahisənin […]

2 mins read

Nisyə pivə içən qəssab dostunu bıçaqladı – İmişlidəki cinayətin təfərrüatı

İmişli rayonunda sərxoş vəziyyətdə olan şəxs tanışını bıçaqlayıb. Canlixeber.com xəbər verir ki, hadisə İmişli şəhərinin Natəvan küçəsində baş verib. Rayon sakini, 1990-cı il təvəllüdlü Şamxal Muradov (soyad şərtidir – red.) heyvan alveri və kəsimi ilə məşğul olub. Bir müddət əvvəl o, uşaqlıq dostu Şəhriyarla birlikdə rayon ərazisindəki kafedə yemək yeyib. Onlar birlikdə 1.5 litr araq […]

1 min read

Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular

Gəncədə 33 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, 1993-cü il təvəllüdlü R.Məmmədov Gəncə şəhər, Atatürk prospektində mübahisə zəminində kürək nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü A.Cəfərov isə polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin […]

1 min read

Gənc oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanıldı

Bakıda 15 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki,polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb. Xatırladaq ki, oktyabrın 20-də axşam saatlarında 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.