2 mins read

Bu gün Cəbrayıl Şəhəri Günüdür, şəhərin işğaldan azad edilməsindən 6 il ötür

Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür. Canlixeber.com xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib. Döyüşlərin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur edib. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan […]

6 mins read

Bu gün Suqovuşanın azad edildiyi gündür

Bu gün Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən 6 il ötür. Canlixeber.com xəbər verir ki, 2020-ci ilin oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb. 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər […]

1 min read

Bakıda “ADEX 2026” və “Securex Caspian” sərgiləri işə başladı

“ADEX 2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” XV yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi fəaliyyətə başlayıb. Canlixeber.com xəbər verir ki, sərgilər Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilir. Üç gün davam edəcək sərgilərin açılış mərasimində dövlət və hökumət […]

1 min read

Türkiyə Azərbaycan helikopterlərini silahlandıracaq

Türkiyənin “Canik” müdafiə sənayesi şirkəti Azərbaycan Hərbi-Hava Qüvvələrinin Mi-17 helikopterləri üçün yeni silah inteqrasiyası həyata keçirib. Canlixeber.com xəbər verir ki, şirkət 12.7×99 millimetrlik M3 ağır pulemyotunun helikopterlərdə istifadəsi üçün hazırladığı FALCON FLEX 50 sistemi ilə silah-platforma inteqrasiyası imkanlarını genişləndirir. Məlumata görə, Azərbaycan Hərbi-Hava Qüvvələrinin Mi-17 helikopterləri üçün M3 FALCON pulemyotu və hava vasitələri üçün hazırlanmış […]

3 mins read

Vətən müharibəsinin birinci günü: Altı ərazi işğaldan azad edildi

Bu gün Vətən müharibəsinin başlanmasının altıncı ildönümüdür. Bu gün bizi böyük və şanlı qələbəyə aparan tarixdir. Məhz bu tarix Azərbaycanın 30 il ərzində düşmən tapdağı altında olan torpaqlarını işğaldan azad etməsi üçün dönüş nöqtəsi oldu. Cəbhədə törədilən erməni təxribatına layiqli cavab verən Azərbaycan Ordusu erməni hərbi birləşmələrini darmadağın edərək, işğal altında olan ərazilərini mənfur düşməndən […]

2 mins read

Zakir Həsənov hərbi polisin döyüş hazırlığını izləyib

Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) bölüyünün ön əməliyyat bazasında icra olunan fəaliyyətlərlə tanış olub. Canlixeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini – Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənova hərbi polisin […]

1 min read

Hərbçilər üçün vacib qərar – Şərtlər açıqlandı

Hərbi qulluqçulara ailə vəziyyətinə görə qısa müddətli məzuniyyətin hansı hallarda verilə biləcəyi açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 129-cu maddəsinə əsasən, dinc və müharibə dövründə hərbi qulluqçulara ailə vəziyyətinə görə qısa müddətli məzuniyyət verilə bilər. Məzuniyyət hərbi qulluqçunun ailə üzvlərinin […]

1 min read

DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım edib

Daxili İşlər Nazirliyi (DİN) antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım edib. Canlixeber.com xəbər verir ki, paylaşımda 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi olduğu qeyd edilib: “Bu döyüşlərdə DİN-in hərbi qulluqçuları və polis əməkdaşları qarşıya qoyulan […]

5 mins read

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Qarabağda aparılan və separatizmə son qoyan lokal xarakterli antiterror tədbirlərinin başlamasından üç il ötür. Canlixeber.com xəbər verir ki, Vətən müharibəsindən sonra bölgədə cərəyan edən separatizm hərəkətləri Azərbaycana öz ərazilərində suverenliyini bütünlüklə təmin etmək üçün başqa seçim yolu qoymadı və lokal xarakterli antiterror əməliyyatının keçirilməsi qaçılmaz zərurət oldu. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi […]