Kriminal
Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı
Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, Nəsimi rayonu ərazisində vətəndaşlardan birinin dələduzluğa məruz qalması barədə polisə müraciət daxil olub. Polisin keçirdiyi tədbirlərlə qeyd olunan əməli törədən C.Nəcəfov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, C.Nəcəfov zərərçəkmişlə əlaqə yaradaraq onun oğluna hüquqi yardım göstərəcəyi vədini verərək zərərçəkmişdən 54 900 manat […]
Elza Seyidcahanın qızıllarını mənimsəyənlərin işi: “Üstümüzdə 80 000 manat borc qalmışdı”
Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşların etibarından sui-istifadə edərək onların qızıllarını mənimsəməkdə təqsirləndirilən “Lombard Xəyal” ləqəbli Xəyal Abdullayev və köməkçisi Fərid Abuzərlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahid A.Q. təqsirləndirilən Xəyal Abdullayevin atası olduğunu bildirib: “Mən Xəyalın lombardında nəzarətçi olmuşam. 2022-də orada işdən […]
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Qax rayonunda yerləşən evdən məişət əşyaları oğurlanması barədə polisə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Məmmədli müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb. […]
Piyadanı vurub ağır yaralayan sürücünün cinayət işinə xitam verildi: Səbəb
Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası yol-nəqliyyat hadisəsi nəticəsində piyadanın sağlamlığına ağır zərər vurmaqda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanın tam ödənilməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsinə dair qərar qəbul edib. Canlixeber.com xəbər verir ki, iş materiallarına əsasən, 7 iyul 2025-ci il tarixdə Xocasən-Lökbatan avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində qəza baş […]
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, Zaqatala rayon sakini Elvin Məmmədov “Daewoo” markalı avtobusu idarə edərkən manevr qaydalarını pozduğu üçün saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi […]
İnterpolun tutaraq Bakıya gətirdiyi sabiq gömrük əməkdaşı həbsdən azad edildi
Bir müddət əvvəl İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə Ukraynada saxlanılaraq Azərbaycana gətirilən vəzifəli şəxs həbsdən azad edilib. Canlixeber.com xəbər verir ki, Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili olmuş Ənvər Tağıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib. İttihama görə, Ənvər Tağıyev […]
“TikTok”da qadından hədiyyə alan kişi arvadının qolunu sındırdı
Astara rayonunda “TikTok”da başqa qadınla yazışan kişi həyat yoldaşını döyərək onun qolunu sındırıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Şuvi kəndində baş verib. Kənd sakini, 1990-cı il təvəllüdlü Sahib İsmayılov (şərti ad və soyad – red.) evlidir və bu nikahdan beş övladı var. O, 2022-ci ildə həyat yoldaşını döydüyünə görə məsuliyyətə cəlb edilib. Barəsində cinayət […]
Bakıda 31 yaşlı kişi bıçaqlandı
Bakıda 31 yaşlı kişi bıçaqlanıb. Canlixeber.com xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Rövşən Vidadi oğlu Ələkbərov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırmalar aparılır.
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Albaniyada saxlanılaraq ölkəmizə ekstradisiya edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş Elçin Nüsrət oğlu Abdulxalıqovun yeri Albaniyada müəyyən edilib və o, həbs olunub. Bildirilib ki, E.Abdulxalıqov 2020-ci ildə “GP Stock Feed” MMC-də satış üzrə […]
“Zapı” ilə avtoxuliqanlıq edən şəxs həbs olundu
Abşeron rayonu Xırdalan şəhərində “Zaporojets” markalı, 50-BD-636 dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq edən sürücü M.Quliyev yol polisi tərəfindən saxlanılıb. Canlixeber.com xəbər verir ki, onun yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı müəyyən edilib. M.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib olunaraq baxılması üçün məhkəməyə […]
