1 min read

Ağdaşda avtomobil traktorla toqquşub – Yaralananlar var

Ağdaşda avtomobil traktorla toqquşub. Canlixeber.com xəbər verir ki, hadisə Cüvəkənd yaxınlığından keçən yolda baş verib. Ki Minik avtomobili traktora çırpılıb. Qəza nəticəsində yaralanan 1982-ci il təvəllüdlü Qədir İmran oğlu Qədirov və onun həmyaşıdı Nəsirova Samirə Yolçu qızı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi

Ağdaşda silahlı insident baş verib. Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib. Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə. yetirib. Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəngi ilə atəş açarkən güllə ehtiyatsızlıqdan qonşuluqda yaşayan qadına dəyib. Faktla bağlı araşdırma aparılır. […]

1 min read

Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi

Ağdaş rayonunda 38 yaşlı qadın zəhərlənib. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. 1988-ci il təvəllüdlü N.Səlimova yaşadığı evdə təmizlik işləri görərkən kimyəvi maddədən halı pisləşib. O, təcili xəstəxanaya çatdırılıb. Qadına ilkin yardım göstərilib və evə buraxılıb.

1 min read

Ağdaşda ağır qəza baş verib, bir nəfər ölüb

Ağdaşda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, bu gün saat 07 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı iki yük avtomobili toqquşub. Nəticədə “Mercedes Atego” markalı avtomobilin sürücüsü – 46 yaşlı Cabbar Cabbarov xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Ağdaşda kişi arvadı və oğlunu bıçaqlayıb

Ağdaşda kişi arvadı və oğlunu bıçaqlayıb. Canlixeber.com xəbər verir ki,hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. 59 yaşlı Arzu Əhmədov münaqişə zəminində həyat yoldaşı Aygün Əhmədova və 17 yaşlı oğlu F. Əhmədova kəsici alətlə xəsarət yetirib. Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb. Araşdırma aparılır.

1 min read

Ağdaşda kanalda 56 yaşlı kişinin meyiti tapılıb

Ağdaşda kanalda 56 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Şirvan kanalın Şəkili kəndi yaxınlığından keçən hissəsindəki körpü həndəvərində baş verib. 1970-ci il təvəllüdlü Yevlax rayon sakini Süleymanov Tofiq Qaçay oğlunun meyiti kanaldan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Ağdaşda avtomobil su kanalına aşıb

Ağdaşda avtomobil su kanalına aşıb. Canlixeber.com xəbər verir ki, hadisə Ağzibir və Kotavan kəndləri arası sərt döngədə baş verib. İdarəetmədən çıxan maşın yol kənarındakı su kanalına aşıb. Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan 1985-ci il təvəllüdlü rayon sakini Zakirov Ramil Almurad oğlu xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Ağdaş heyvan satışı bazarı fəaliyyətə başlayıb

Ağdaş rayonunda yerləşən iri və xırdabuynuzlu heyvan satışı bazarı fəaliyyətini bərpa edib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, qiymətləndirilmədən sonra müasir baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun yenidən təşkil olunub. Bazarda baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və […]

1 min read

17 yaşlı qıza nişan mərasimi keçirildi – Valideynləri polisə dəvət olundu

Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin olması barədə daxil olmuş məlumat üzrə polis tərəfindən araşdırma aparılıb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Canlixeber.com-a bildirilib ki, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər icra edilib. Araşdırmalar zamanı qızın oktyabr ayında 18 yaşının tamam olacağı müəyyən edilib. Polis əməkdaşları, eləcə də digər aidiyyəti […]