Sosial
Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb
2025-ci ildə 15-29 yaşlı gənclər arasında həm məşğul, həm də işsiz əhalinin sayında azalma qeydə alınıb. Azərbaycanda 2025-ci ildə 15-29 yaşlı məşğul gənclərin sayı əvvəlki illə müqayisədə 94 min nəfər və ya 8 faiz azalaraq 1 milyon 85.5 min nəfərə düşüb. Canlixeber.com xəbər verir ki, 2024-cü ildə bu yaş qrupunda məşğul əhalinin sayı 1 milyon […]
Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı
Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib. Canlixeber.com Modern.az-a istinadən xəbər verir ki, 4 saylı cəzaçəkmə müəssisəsində 3 uşaq dünyaya gəlib. Bu göstərici digər illərlə müqayisədə azdır. Son 5 ildə ən yüksək göstərici isə 2024-cü ildə qeydə alınıb. Son beş ildə cəzaçəkmə müəssisəsində qeydə alınan doğumlar: 2021-ci il – 1 uşaq; 2022-ci il – […]
Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. Canlixeber.com xəbər verir ki, onlardan 1030-dan çox şəxsin rayon ərazisində məşğulluğu təmin edilib, o cümlədən köçürülmüş sakinlərdən 60 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar […]
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Sabah – oktyabrın 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda bu ayın pensiyalarını ödəməyi planlaşdırır. Canlixeber.com xəbər verir ki, bu barədə fond məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
Azərbaycanda muzdla işləyən vətəndaşların sayı açıqlandı – Statistika
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı 7.2 faiz artaraq 1 173 manat təşkil edib. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Məlumata görə, 2026-cı il sentyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 776.8 min nəfər olub. Onlardan 834.2 min nəfəri dövlət, 942.6 min […]
Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür
Oktyabrın 11-i Beynəlxalq Qız Uşaqları Günü kimi qeyd olunur. Oxu.Az xatırladır ki, bu əlamətdar gün 2011-ci ilin dekabrında Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 66/170 saylı qətnaməsi ilə təsis edilib. Məqsəd qız uşaqlarının hüquqlarını tanıtmaq, onların üzləşdikləri problemlərə diqqət çəkmək və bərabər imkanların yaradılmasını təşviq etməkdir. Beynəlxalq Qız Uşaqları Günü dünyanın müxtəlif ölkələrində qızların qarşılaşdıqları […]
Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb
Azərbaycan hökumətinin həyata keçirdiyi repatriasiya tədbirləri çərçivəsində Suriyadan ölkəmizə gətirilən daha 13 vətəndaşımız (altı qadın, yeddi uşaq) Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, müəssisədə onların ilkin tibbi müayinəsi aparılıb, eyni zamanda, sosial və psixoloji vəziyyətlərinin qiymətləndirilməsi məqsədilə […]
Yeni “Ailə Konsepsiyası” hazırlanır
Bakıda keçirilən “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfransda “Ailə, təhsil və cəmiyyət: gənclərin formalaşmasında dövlət siyasəti və ictimai məsuliyyət” mövzusunda panel müzakirə keçirilib. Canlixeber.com xəbər verir ki, paneldə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, hər insanın dəyərləri ailədə formalaşır. Onun sözlərinə görə, daha […]
Doğulan və ölənlərin sayı açıqlandı
2026-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 954 doğulan körpə qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, doğulan körpələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9.2-dən 8.2-yə düşüb. Doğulan körpələrin 53.4 faizi oğlan uşaqları, 46.6 […]
Pensiyalar nə vaxt ödəniləcək?
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətlərin və ünvanlı dövlət sosial yardımlarının isə bu ayın 23-dən gec olmayaraq ödənilməsi nəzərdə […]
