Sosial
Sonuncu xəbərlər
Qaxda yol qəzasında azyaşlı ölüb, bir neçə nəfər xəsarət alıb
Qaxda ağır yol qəzası olub. Canlixeber.com xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunda baş verib. İlkin məlumata görə, hərəkətdə olan minik avtomobilləri toqquşub. Qəza nəticəsində avtomobillərin birinda olan azyaşlı aldığı ağır xəsarətlərdən həyatını itirib. Daha bir neçə nəfərin isə xəsarət aldığı bildirilir. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanıldı
İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində oğurluq faktı qeydə alınıb. Zərərçəkən polisə müraciət edərək icarədarı olduğu mağazadan 2169 manat dəyərində məişət əşyalarının naməlum şəraitdə talandığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı […]
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
Fövqəladə Hallar Nazirliyinin Aparatında şöbə rəisi vəzifəsindən azad olunub. Canlixeber.com Qaynarinfoya istinadla xəbər verir ki, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi leytenant Çillər Əsədli öz ərizəsi ilə vəzifəsindən azad edilib. Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Qeyd edək ki, Çillər Əsədli Bakı Şəhər […]
Sumqayıtda yanğın olub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Şəhid Şəhriyar Quiyev küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi […]
Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı
2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğla vilayətinin Marmaris rayonunda saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Təhlükəsizlik Baş İdarəsinin Kəşfiyyat bölümünün rəhbərliyi altında Eskişehir və Afyonqarahisar vilayətlərinin polis kəşfiyyat, eləcə də Afyonqarahisar polisinin terrorizmlə mübarizə şöbələrinin ortaq […]
İsmayıllıda zəncirvari AVTOQƏZA: Xəsarət alanlar var
İsmayıllıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Babaxan adlanan ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı yük avtomobili ilə “Volkswagen” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Bilgəhdə dənizdə bir nəfər batıb
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km kənarda nəzarətsiz ərazidə bir nəfər batıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Hazırda […]
Faktiki hava açıqlanıb
Avqustun 1-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, avqustun 1-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin 31-i gündüz Lənkəran-Astara zonasında qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Lerikdə 2, Astara və Yardımlıda 1 mm-dək qeydə alınıb. […]
Nəriman Həsənzadə ilə vida mərasiminin keçiriləcəyi məkan BİLİNDİ
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, vida mərasiminin vaxtı barədə əlavə məlumat təqdim olunacaq. Qeyd olunub ki, mərhum Xalq şairi vida mərasimindən sonra I Fəxri xiyabanda dəfn ediləcək.
Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir
Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə Bosniya və Herseqovina və Sinqapur Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2026-cı ilin 1 avqust tarixindən 2027-ci ilin 1 avqust tarixinədək Azərbaycan Respublikasının ərazisinə turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib. Canlixeber.com xəbər verir ki, vu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat […]
