1 min read

Gəncədə “BakuBus”un avtobusu qəza törətdi

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin F. Xoyski ilə Rüzigar Qasımov küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, 19 saylı marşrut üzrə hərəkət edən “BakuBus”a məxsus avtobus KIA markalı minik maşını ilə toqquşub. Sərnişin avtobusu daha sonra ağaca çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan […]

1 min read

Şəmkir-Gədəbəy yolunda ağır qəza: Xəsarət alan var

Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Canlixeber.com xəbər verir ki, hadisə nəticəsində avtomobilin sürücüsü 1984-cü il təvəllüdlü Dünyamin Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

1 min read

Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1991-ci il təvəllüdlü A.Məmmədovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra ölüb

Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Canlixeber.com xəbər verir ki, ölən şəxs 1961-ci il Ə.Huseynovdur. Qeyd edək ki, hadisə oktyabrın 16-sı şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1961-ci il təvəllüdlü Ə.Huseynovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, həkimlərin tibbi yardımlarına baxmayaraq, o, 7 gün sonra xəstəxanada ölüb. Faktla bağlı […]

1 min read

Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir

Gəncədə 60 yaşlı qadın bıçaqlanıb. Canlixeber.com xəbər verir ki, Gəncə şəhər ərazisində 1966-ci il təvəllüdlü Xoşqədəm Məmmədli mübahisə zəminində bıçaqlanıb və xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən isə onun əri, 1965-ci il təvəllüdlü Adil Məmmədovdur. O, hadisəni törətdikdən sonra ərazidən qaçıb. Şübhəlinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı araşdırma aparılır.

1 min read

Gəncədə avtomobil qəzasında 4 nəfər xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü A.Quliyev, 1982-ci il təvəllüdlü V.Məmmədov, 1988-ci il təvəllüdlü M.Məmmədova və 2012-ci il təvəllüdlü A.Məmmədli xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.

1 min read

Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular

Gəncədə 33 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, 1993-cü il təvəllüdlü R.Məmmədov Gəncə şəhər, Atatürk prospektində mübahisə zəminində kürək nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü A.Cəfərov isə polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin […]

1 min read

Gəncədə 36 yaşlı kişi bıçaqlanaraq öldürüldü, daha bir nəfər xəsarət aldı

Gəncədə 36 yaşlı oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən ata saxlanılıb. Canlixeber.com xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən O.Həsənov polis əməkdaşları tərəfindən tutulub. Hadisə zamanı daha bir nəfərin bıçaq xəsarəti aldığı məlum olub. Belə ki, 1984-cü il təvəllüdlü A.Həsənov da bıçaqlanıb. Xatırladaq ki, Gəncədə 36 yaşlı R. Həsənov bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya […]