1 min read

Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub

Nizami rayonu, Davud Aslan küçəsində yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində fəaliyyət göstərməyən ət kombinatının ərazisində plastik və taxta materiallar yığılmış sahədə baş vermiş yanğın genişlənərək […]

1 min read

Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairi Milli Günü münasibətilə təbrik edib. Canlixeber.com.xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib. “Əlcəzairin Milli Günü münasibətilə Əlcəzair Xalq Demokratik Respublikasının xalqına və Hökumətinə səmimi təbriklər! Milli Gününüz mübarək!”. Xatırladaq ki, 1954-cü ilin 1 noyabrında Əlcəzairdə Fransa əleyhinə İstiqlal Müharibəsi və milli azadlıq hərəkatı başlayıb.

1 min read

Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi yarışın son günündə xalça üzərinə çıxacaq

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatına bun gün yekun vurulacaq. Canlixeber.com əbər verir ki, yarışın son günündə Azərbaycanın sərbəst güləş millisinin dörd üzvü bürünc medal uğrunda yarışacaqlar. Cəbrayıl Hacıyev (79 kq) və İslam Bazarqanov (57 kq) yarımfinal məğlubiyyətindən sonra, Ali Tsokayev (92 kq) və Turan Bayramov (74 kq) isə rəqiblərinin finala yüksəlməsi sayəsində […]

1 min read

Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib

Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Babək küçəsində qeydə alınıb. Belə ki, “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında park edilmiş beş avtomobilə – “Opel”, “Hyundai”, “Toyota”, “Mercedes” və “Range Rover” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

1 min read

Məşhur aktyor Şafak Sezer tanınmaz hala düşdü

Komediya filmlərindəki rolları ilə geniş tamaşaçı kütləsinin rəğbətini qazanan Şafak Sezer bu dəfə aktyorluğu ilə deyil, xarici görünüşündəki dəyişikliklə gündəmə gəlib. Canlixeber.com xəbər verir ki, aktyorun yeni fotoları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onun estetik əməliyyat etdirdiyi ilə bağlı iddialar da səsləndirilib.

1 min read

Afrikada Ebola kabusu: Ölənlərin sayı beş mini keçdi

Konqo Demokratik Respublikasında (KDR) hazırda davam edən Ebola epidemiyası nəticəsində laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı 5 000-i ötüb. Canlixeber.com xəbər verir ki, bu barədə KDR Səhiyyə Nazirliyinin struktur bölməsi olan Milli İctimai Səhiyyə İnstitutu məlumat yayıb. Məlumata görə, virusa yoluxanların ümumi sayı 10 351 nəfərə çatıb. Ölüm göstəricisi isə 48.6 faiz təşkil edir. Ebola […]

1 min read

Avropada hərbi çağırış müzakirələri fonunda Britaniyadan mühüm qərar

Böyük Britaniya hakimiyyəti ölkənin silahlı qüvvələrində hərbi xidmətin könüllülük prinsipi əsasında davam etdirilməsinə qərar verib. Canlixeber.com xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Kelvin Beyli parlament üzvü Qreqori Kempbellin sorğusuna yazılı cavabında bildirib. Onun sözlərinə görə, Böyük Britaniyada hərbi xidmət məcburi olmayacaq. “Hökumət hazırda ümumi hərbi çağırış sistemini bərpa etməyi planlaşdırmır. 1963-cü ildən […]

2 mins read

Bəxtiyar Hacıyev: “Sərnişinlər gündüz saatlarında da Tbilisiyə gedə biləcəklər”

“Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı iki dəfə artırılaraq dördə çatdırılıb. Sərnişinlər 30 faiz daha ucuz qiymətə səyahət edə biləcəklər”. Canlixeber.com xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev yeni reysin icrası ilə bağlı jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, əlavə reyslərin tətbiqi sərnişin tələbatının qarşılanmasına, […]

1 min read

Bu gün hava necə olacaq?

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-20° isti olacaq. […]