1 min read

Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb

Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi yaşayış evində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Məzahir Zahid oğlu Mejdunov evin hamam otağında dəm qazından boğularaq həyatını itirib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

2 mins read

“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı

Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Canlixeber.com xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Salahov 9 il azadlıqdan məhrum edilib. İttihama görə, hadisə rayonun Mahrızlı kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Ceyhun Salahov həyat yoldaşı Gülzəndə Abbas qızı Salahovanı balta ilə […]

1 min read

Misli Premyer Liqasında VII tur yekunlaşır

Bu gün Misli Premyer Liqasında VII turun oyunlarına yekun vurulur. Canlixeber.com xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək. Əvvəlcə “İmişli” Yevlax şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq. Günün digər matçında isə “Şəfa” “Turan Tovuz”la üz-üzə gələcək. “SOCAR Polymer Arena”da keçiriləcək qarşılaşma saat 18:30-da start götürəcək. Misli Premyer Liqası VII […]

1 min read

Bu gün hava necə olacaq?

Oktyabrın 11-ə gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 766 mm […]

1 min read

Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Sevinc qəsəbəsində baş verib. Qəsəbə sakini Eşqin Məmmədov (soyadı şərtidir) yaşadığı küçədə olarkən İsa adlı şəxsin səs-küy saldığını görüb, ona irad tutub. İsa hadisə yerindən uzaqlaşaraq yaşadığı məhəlləyə gedib, hadisəni dostlarına danışıb. O, dostları ilə birlikdə hadisə yerinə qayıdaraq, Eşqini ora çağırıb. Eşqin […]

1 min read

Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var

Rusiya ordusu oktyabrın 10-u günorta saatlarında Kiyev şəhərini ballistik raketlərlə vurub. Canlixeber.com xəbər verir ki, hava həyəcanı çalınandan cəmi bir neçə dəqiqə sonra Kiyevdə güclü partlayış səsləri eşidilib. Hava hücumundan müdafiə sistemi işə düşüb. Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, zərərsizləşdirilən raketlərdən biri Obolon rayonundakı restoranlarından birinin ərazisinə düşüb, azı 6 nəfər xəsarət alıb. […]

1 min read

Qadını şantaj edən gənc həbs olundu

Bakıda qadını şantaj edən gənc həbs olunub. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. İnternet vasitəsilə tanış olduğu qadınla hoteldə görüşən şəxs onun görüntülərini lentə alıb. Daha sonra görüntüləri qadına göndərərək yayacağı ilə hədələməklə 2 dəfə (müvafiq olaraq 20 və 80 manat) pul alıb. Qadının polisə şikayət etməsindən sonra S.Məmmədov (şərti) həbs edilib. […]

1 min read

Avropa çempionatı: 5 boksçumuz finala yüksəlib, 3-ü bürünc medal qazanıb

Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatında yarımfinal görüşləri keçirilib. Canlixeber.com xəbər verir ki, döyüşlərin nəticəsinə əsasən Azərbaycan millisinin 5 boksçusu finala vəsiqə qazanıb. Cəmilə Muradlı (57 kq) Morena Stifani (İtaliya) ilə üz-üzə gəlib və növbəti qələbəsini qazanıb – 4:1 (30:27, 28:29, 30:27, 29:28, 30:27). O, çempionluq üçün Aliya İbrahimlə (Almaniya) qarşılaşacaq. Səma Abbasova […]

1 min read

Dünya çempionatı: Kokauri qızıl, digər iki cüdoçumuz isə bürünc mükafat uğrunda yarışacaq

Azərbaycan cüdoçusu Uşanqi Kokauri dünya çempionatında finala yüksəlib, Camal Qamzatxanov isə yarımfinalda məğlub olub. Canlixeber.com xəbər verir ki, idmançımız yarımfinal mərhələsində Finlandiya təmsilçisi Martti Puumalaynen ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Kokauri +100 kiloqram çəki dərəcəsində finala vəsiqə qazanıb. Eyni çəki dərəcəsində çıxış edən Camal Qamzatxanov isə yarımfinalda rusiyalı son dünya çempionu İnal Tasoyevə uduzub. […]