Mədəniyyət
Nəriman Həsənzadə ilə vida mərasiminin keçiriləcəyi məkan BİLİNDİ
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, vida mərasiminin vaxtı barədə əlavə məlumat təqdim olunacaq. Qeyd olunub ki, mərhum Xalq şairi vida mərasimindən sonra I Fəxri xiyabanda dəfn ediləcək.
Xalq şairi Nəriman Həsənzadə vəfat edib
Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Nəriman Həsənzadə iyunun 26-da səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. Nəriman Əliməmməd oğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. 1949-1953-cü illərdə indiki Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində təhsil […]
Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanları keçirilir
İyulun 26-da Dövlət İmtahan Mərkəzi tərəfindən Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanları keçirilir. Canlixeber.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, mtahanlar Bakı, Gəncə və Naxçıvan şəhərlərində elektron formada təşkil olunur. İmtahanın birinci növbəsi (21, 25, 26, 28, 32, 33, 36-cı komissiyalar üzrə) saat 10:00 başlanıb və 1 saat […]
İrəvan Dövlət Dram Teatrına direktor təyin olunub
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyinatı olub. Canlixeber.com xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba İsmayıl oğlu Məmmədov teatrın direktoru təyin edilib. Qeyd edək ki, H.Məmmədov bu təyinatadək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor müavini vəzifəsində çalışıb.
Azərbaycanın Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn edilib
Azərbaycanın Xalq artisti, teatr və kino aktyoru, rejissor Tofiq Mirzəyev İsrailin Arad şəhərində dəfn edilib. Canlixeber.con xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Dəfn mərasimində İsraildə yaşayan Azərbaycan icmasının nümayəndələri və Tofiq Mirzəyevin oğlu iştirak edib. “Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman […]
Cəlilabadda qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb
Cəlilabad rayonunda abadlıq işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb. Canlixeber.com xəbər verir ki, maddi-mədəniyyət nümunələri rayon ərazisində Narbağı adlanan sahədə park salınması zamanı üzə çıxıb. Ərazidə aparılan qazıntılar zamanı qədim dövrə aid dörd ədəd təsərrüfat küpü və digər maddi-mədəniyyət nümunələri tapılıb. Tapıntılarla bağlı Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqu Vəfa Mahmudovaya məlumat verilib. Məlumat […]
Qəbələdəki Kilsədağ kompleksində 10-dan artıq bürc yeri aşkarlanıb
Qəbələ rayonu ərazisində yerləşən Kilsədağ məbədlər kompleksində 10-dan artıq bürc yeri aşkar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu məlumat yayıb. Bildirilib ki, 2025-ci ildə “Kilsədağ məbədlər kompleksi” ətrafında formalaşan Akropolda aparılan arxeoloji tədqiqatlar nəticəsində ərazinin müdafiə divarları ilə yanaşı, strateji yerdə inşa edilən iki bürcün bünövrə yerləri öyrənilmişdir. 2026-cı […]
Xalq artisti Tofiq Mirzəyevin ÖLÜM SƏBƏBİ BİLİNDİ: Harada dəfn ediləcək?
Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev ötən gün gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib. O qeyd edib ki, Xalq artisti iki ay əvvəl insult səbəbi ilə sözügedən xəstəxanaya yerləşdirilib: “Tofiq Mirzəyevin səhhəti bir müddət […]
Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi
Azərbaycanın Xalq artisti, aktyor, rejissor Tofiq Mirzəyev vəfat edib. Canlixeber.com xəbər verir ki, o, 94 yaşında İsraildə dünyasını dəyişib. Aktyorun ölüm səbəbi hələlik məlum deyil. Xatırladaq ki, T.Mirzəyev 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamları ilə “Xalq artisti” fəxri adına və “Şöhrət” ordeninə layiq görülüb. Qeyd edək ki, Tofiq Mirzəyev “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “İstintaq”, “Təhminə”, […]
Xankəndidə ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi yenidən istifadəyə verilib
Xankəndi şəhərində ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi yenidən əhalinin ixtiyarına verilib. Canlixeber.com xəbər verir ki, divarlarında aşınmalar və zədələnmələr aşkar edilən mərkəzdə yenidənqurma işləri aparılıb. Əsaslı təmir edilən Mədəniyyət Mərkəzi yenidən qurularaq istifadəyə verilib. Burada kino və səhnə fəaliyyəti, müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, təlim, məşğələ, yaradıcılıq, inzibati idarəetmə, həmçinin turizmyönümlü xidmətlərin həyata keçirilməsi […]
