Bakıda zəhərlənmə şübhəsi ilə 5 qadın xəstəxanaya yerləşdirilib
1 min read

Bakıda zəhərlənmə şübhəsi ilə 5 qadın xəstəxanaya yerləşdirilib

31.10.2026-cı il tarixində saat 20:15 radələrindən başlayaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nizami rayonu ərazisindən çağırış qeydə alınıb.

Canlixeber.com APA-ya istinadla xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.

Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfər (qadın) zəhərlənmə şübhəsi ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya hospitalizasiya olunub.

Hər birinə zəruri tibbi xidmət göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar