Avropa kuboku
Azərbaycanın 4 klubu avrokuboklarda mübarizə aparacaq
2026/2027-ci illər mövsümündə Azərbaycanın 4 voleybol klubu avrokuboklarda mübarizə aparacaq. Canlixeber.com xəbər verir ki, yeni mövsümdə ölkəmizi Avropa arenasında 2 qadın və 2 kişi komandası təmsil edəcək. Son ölkə çempionları “Turan” və “Xilasedici” CEV Çempionlar Liqasında çıxış edəcəklər. Çempionatın gümüş mükafatçıları “DH Volley” və “ORDU” isə CEV Çelenc Kubokunda qüvvəsini sınayacaq. Qeyd edək ki, avrokubokların […]
Avropa Kuboku: Azərbaycan cüdoçusu Əbil Yusubov gümüş medal qazanıb
Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunun ilk yarış günü Azərbaycan millisi üçün bir medalla yadda qalıb. Canlixeber.com xəbər verir ki, yığmanın üzvü Əbil Yusubov (73 kq) finala gedən yolda keçirdiyi beş görüşün hamısında qələbə qazanıb. Final qarşılaşmasında italiyalı Luço Tavolettaya uduzan Azərbaycan cüdoçusu yarışı gümüş medalla başa vurub. Qeyd edək ki, […]
Avropa Kuboku: Azərbaycanın 3×3 basketbol komandaları seçmə mərhələdə mübarizəyə başlayır
Azərbaycanın 3×3 basketbol üzrə qadın və kişilərdən ibarət milli komandaları Avropa Kubokunun seçmə mərhələsində mübarizəyə başlayacaq. Canlixeber.com xəbər verir ki, kişilərdən ibarət kollektiv Kosovoda təşkil olunacaq turnirdə bu gün Albaniya, Malta və San Marino ilə üz-üzə gələcək. Qadınlardan ibarət yığma isə A qrupunda Kipr və Maltanı sınağa çəkəcək. Hər iki qrupda növbəti matçlar iyunun 14-də […]
