Dəm qazından zəhərlənmə
Tovuzda 57 yaşlı qadın dəm qazından boğularaq ölüb
Tovuzda ölümlə nəticələnən dəm qazından zəhərlənmə hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 1969-cu il təvəllüdlü Ş.Əmrahova yaşadığı evdə dəm qazından boğularaq ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi yaşayış evində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Məzahir Zahid oğlu Mejdunov evin hamam otağında dəm qazından boğularaq həyatını itirib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Bakıda 13 yaşlı oğlan və atası dəm qazından ölüb
Bakıda ata və oğul dəm qazından boğulub. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 7-də Nəsimi rayonu 20 Yanvar küçəsində mənzildə baş verib. İlkin məlumata görə, 13 yaşlı K. Abıyev və atası Ə. Abıyevin meyiti tapılıb. Onların hamamda dəm qazından boğularaq öldükləri bildirilir. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır. Məlumata görə, K. Abıyev Nəsimi rayonundakı […]
