Xəbər lenti
Sonuncu xəbərlər
İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da “Bakı Ağ Şəhər”də olublar. Canlixeber.com xəbər verir ki, “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov Rusiyanın Çeçenistan Respublikasının başçısına burada yaradılmış şərait barədə məlumat verib. Qeyd olunub ki, bura əvvəllər “Qara şəhər” kimi tanınıb. 150 ildən çox müddətdə neft […]
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
“2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir”. Canlixeber.com xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Bakıda Prezident İlham Əliyevlə görüşdə deyib. “Biz qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşürük və həlak olanların […]
İlham Əliyev Ramzan Kadırovu qəbul edib
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. Canlixener.com xəbər verir ki, qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Sizi Azərbaycan torpağında bir daha görməkdən şadam. Xoş gəlmisiniz. Qısa səfər olmasına baxmayaraq, düşünürəm ki, çox məhsuldar olacaq. Yaxşı bilirik ki, xalqlarımız arasında qardaşlıq münasibətləri qədim tarixə malikdir […]
Camal Qamzatxanov dünya çempionatında yarımfinala çıxdı
Kişilərin +100 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Camal Qamzatxanov dünya çempionatında növbəti görüşünə çıxıb. Canlixeber.com xəbər verir ki, təmsilçimiz 1/4 finalda Jur Spikers (Niderland) ilə qarşılaşıb. Görüşün nəticəsinə əsasən, cüdoçumuz yarımfinala vəsiqə qazanıb.
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
Ermənistanda hərbi qulluqçunun meyiti odlu silah yarası ilə aşkarlanıb. Canlixeber.com Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Qurumun məlumatına görə, hərbçinin meyiti bu gün aşkarlanıb. Hadisənin səbəblərinin və şəraitinin müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlanılıb.
Dünya çempionatı: Cüdoçularımız 1/4 finalda rəqib oldular
Azərbaycan cüdoçusu Kənan Nəsibov dünya çempionatında 1/4 finala yüksəlib. Canlixeber.com xəbər verir ki, +100 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 final mərhələsində ukraynalı Yakiv Khammo ilə qarşılaşıb. Görüşdən qələbə ilə ayrılan Kənan Nəsibov növbəti mərhələyə vəsiqə qazanıb. Qeyd edək ki, Kənan Nəsibov 1/4 finalda digər təmsilçimiz Uşanqi Kokauri ilə qarşılaşacaq.
Camal Qamzatxanov Bakıda təşkil olunan dünya çempionatında 1/4 finala yüksəlib
Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) Bakıda təşkil olunan dünya çempionatında 1/4 finala yüksəlib. Canlixeber.com xəbər verir ki, o, 1/8 finalda özbəkistanlı Muzaffarbek Turoboyevi məğlub edib. C.Qamzatxanov 1/4 finalda Yur Spiykerslə (Niderland) üz-üzə gələcək. Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, […]
Dünya çempionatı: Uşanqi Kokauri 1/4 finala vəsiqə qazanıb
Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Bakıda təşkil olunan dünya çempionatında 1/4 finala vəsiqə qazanıb. Canlixeber.com xəbər verir ki, o, 1/8 finalda Yakub Sordili (Polşa) üstələyib. Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 […]
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Canlixeber.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı Azərbaycan ilə Pakistan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, yüksək səviyyədə mütəmadi görüşlərin və məsləhətləşmələrin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsində rolu qeyd edilib. Baş […]
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
Lənkəranda doludan sonra güclü külək və yağış yağıb. Sakinlərə xeyli ziyan dəyib. Canlixeber.com xəbər verir ki, bu gün səhər saat 09:00 radələrindən başlayaraq Lənkəran rayonunun kəndlərinə dolu yağıb. Təxminən 4-5 dəqiqə davam edən dolu əsasən Separadi, Tükəvilə, Zövlə, Şağlaser, Boladi kəndləri, Nərimanabad qəsəbəsi və Liman şəhərində müşahidə olunub.Doludan sonra əraziyə intensiv yağış yağıb, güclü külək […]
