1 min read

Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

Rusiyanın Oryol şəhərinə Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində üç nəfər ölüb. Canlixeber.com xəbər verir ki, bu barədə vilayət qubernatoru Andrey Klıçkov məlumat verib. Onun sözlərinə görə, Ukrayna qüvvələri şəhərə “Storm Shadow” tipli üç raketlə zərbə endirib. Nəticədə şəhərin Sovetski rayonunda binalar dağılıb. Qubernator bildirib ki, hadisə yerində təcili xidmətlərin işi davam edir. Oryol şəhər administrasiyası […]

1 min read

Ukrayna ordusu yüzlərlə uşaq qatili erməni separatçını məhv edib

Davam edən Rusiya-Ukrayna müharibəsi zamanı Qarabağdan qaçaraq Rusiya ordusunun tərkibində döyüşlərə qoşulan 450 separatçı məhv edilib, daha 60 nəfərin taleyi barədə heç bir məlumat yoxdur. Canlixeber.com xəbər verir ki, bu barədə erməni jurnalist Roman Baqdasaryan yazıb. Baqdasaryan bildirib ki, separatçılar Rusiya ordusunun cərgələrində öz uşaqlarını böyütmək naminə ukraynalı uşaqları öldürürlər. Onların “verbovka”sında “qarabağlı” generallar iştirak […]

1 min read

Zaporojyedə yaşayış binasına edilən hücumda ölənlərin sayı 20-yə çatıb

Ukraynanın Zaporojye şəhərində Rusiya Silahlı Qüvvələrinin yaşayış binasına endirdiyi aviazərbə yerində axtarış-xilasetmə işləri başa çatıb. Canlixeber.com xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində 4-ü uşaq olmaqla ümumilikdə 20 nəfər həlak olub. Rusiya aviasiyasının idarəolunan bombası üçmərtəbəli yaşayış binasının bir blokunu dağıdıb, ətrafdakı tikililərə və fərdi […]

1 min read

Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var

Rusiya ordusu oktyabrın 10-u günorta saatlarında Kiyev şəhərini ballistik raketlərlə vurub. Canlixeber.com xəbər verir ki, hava həyəcanı çalınandan cəmi bir neçə dəqiqə sonra Kiyevdə güclü partlayış səsləri eşidilib. Hava hücumundan müdafiə sistemi işə düşüb. Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, zərərsizləşdirilən raketlərdən biri Obolon rayonundakı restoranlarından birinin ərazisinə düşüb, azı 6 nəfər xəsarət alıb. […]

1 min read

Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak oldu

Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həyatını itirib. Canlixeber.com xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumat yayılıb. Qeyd olunub ki, həlak olan şəxs Saratov vilayətinin Yerşov rayonundan olan Rəşad Bəymirzəyevdir. Yerşov rayon administrasiyası onun bioqrafiyası, yaşı və nə vaxt həlak olduğu barədə məlumat paylaşmayıb. Rəşad Bəymirzəyevlə vida mərasimi oktyabrın 8-də onun Yerşovdakı evinin önündə keçiriləcək. O, […]

1 min read

Kiyevə raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib

Rusiya ordusunun iyulun 19-na keçən gecədən başlayaraq Kiyevə endirdiyi kütləvi raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasına ziyan dəyib. Canlı xəbər.com AZƏRTAC-a istinadlə xəbər verir ki, binadan 200-250 metr məsafəyə, “Lukyanovka” metro stansiyasının qarşısına düşən raketin zərbəsindən səfirliyin binasında şüşələr sınıb, tavanda çatlar əmələ gəlib. Səfirliyin şəxsi heyətindən xəsarət alan olmayıb. Qeyd edək ki, […]

1 min read

Ukraynadakı səfirliyimizə yaxın ərazilər vuruldu

Rusiya ordusunun Kiyev şəhərini ballistik raketlərlə vurması nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər də raket zərbələrinə məruz qalıb. Canlixeber.com xəbər verir ki, zərbələrin əsas hədəfi “Lukyanovka” metrostansiyasının ətrafı olub. Stansiyanın giriş hissəsi dağılıb. Ətrafdakı yaşayış binalarına da ziyan dəyib, avtomobillər yanıb. Səfiriyin inzibati binasından 200-250 metr məsafədə dağıntı və yanğın baş verib. Kiyev Şəhər Hərbi […]

1 min read

Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb

Ukraynanın Sumı vilayətinin, Rusiya ilə həmsərhəd Velika Pisarevka rayonu ərazisində 1949-cu il təvəllüdlü Yelmar Mövsüm oğlu Əliyev dron zərbəsindən həlak olub. Canlixeber.com xəbər verir ki, Y.Əliyev avtomobili ilə gedərkən üzərinə Rusiya ordusuna məxsus əl bombası daşıyan drondan zərbə endirilib. Həmyerlimiz yerindəcə həlak olub. Əslən Beyləqan rayonundan olan Y.Əliyev Ukrayna vətəndaşı olub. Onun nəşi dəfn olunması […]

1 min read

Xarkovda azərbaycanlı tələbə həlak oldu

Rusiyanın Ukraynanın Xarkov şəhərinə hava hücumu nəticəsində azərbaycanlı tələbə həlak olub. Canlı xəbər.com xəbər verir ki, Xarkov Tibb Universitetinin altıncı kurs tələbəsi Fatimə Hüseynova raket zərbələri nəticəsində həyatını itirib. Qeyd edək ki, son günlərdə Rusiya və Ukraynanın bir-birinə hava hücumlarının miqyası kəskin artıb.