Hədə-qorxu ilə tələb etmə
Bakıda iki qadın əcnəbi vətəndaşı ŞANTAJ ETDİ – MƏHKƏMƏ
Ali Məhkəmədə Böyük Britaniya vətəndaşı Qrir Kristoferi (Greer Christopher) hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Elnarə Nəsrəddinova və Yasəmən Məmmədovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. İttihama görə, Elnarə və […]
Prokuror “Beniz”ə ağır cəza istədi
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonra prokuror Babaxan Həsənəliyev dövlət ittihamının müdafiəsi zamanı Aybəniz Xəlilovanın 11 il azadlıqda məhrum edilməsini məhkəməyə […]
“Demokratiya TV”nin rəhbəri həbs edildi
“Demokratiya TV” internet kanalının rəhbəri həbs edilib. Canlixeber.com xəbər verir ki, Tərtər rayon sakini Arif Paşayev vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilib. Məlumata görə, o, Tərtər Su-Meliorasiya sistemlərinin istismarı idarəsinin rəis müavini və rayonun digər vəzifəli şəxsləri barədə rüsvayedici məlumatlar yaymaqla onların əmlaklarını ələ keçirməkdə ittiham olunub. A.Paşayev barəsində daxil olan şikayət əsasında […]
Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Zəminə Əsədovanın (adı və soyadı şərtidir) cinayət işinin bəzi detalları məlum olub. Canlixeber.com xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İttihama görə, təqsirləndirilən şəxs tanışı, 1959-cu il təvəllüdlü Rəmzi Səfərovla (adı və soyadı şərtidir) bağlı əldə etdiyi şəxsi xarakterli […]
