Sumqayıt
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi yaşayış evində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Məzahir Zahid oğlu Mejdunov evin hamam otağında dəm qazından boğularaq həyatını itirib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı
Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb. Canlixeber.com xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib. Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisənin 2010-cu il təvəllüdlü R.H. tərəfindən törədildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Məlumata görə, hər iki […]
Sumqayıtda ağır qəza olub
Novxanı–Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə zamanı bir neçə avtomobil toqquşub. Qəza nəticəsində BYD markalı minik avtomobilinə ciddi ziyan dəyib. Avtomobilin ön hissəsi tamamilə dağılıb. İlkin məlumata görə, qəza zamanı yaralananlar var. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Qəza səbəbindən yolda nəqliyyatın hərəkətində çətinlik yaranıb. Hadisənin təfərrüatları […]
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən kişini vurub. Nəticədə o aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Qəzanın başvermə səbəbləri araşdırılır.
Nadir Quliyev keçmiş vəzifəsinə qayıtdı
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun rəhbərliyində dəyişiklik baş verib. Canlixeber.com xəbər verir ki, stadionun direktor vəzifəsinə Nadir Quliyev təyin olunub. Belə ki, Nadir Quliyev əvvəllər də stadionun direktor vəzifəsində çalışıb. Qeyd edək ki, o, 2024-cü ildə öz ərizəsi ilə işdən çıxmışdı. Hazırda stadionun direktoru vəzifəsində çalışan Şahin İmranov isə postu öz ərizəsi əsasında tərk […]
Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanılıb
Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin və digər xidmət sahələrinin əməkdaşlarının iştirakı ilə şəhərin müxtəlif ərazilərində keçirilən tədbirlər zamanı ümumilikdə 22 motosiklet sürücüsü saxlanılıb. Araşdırmalarla onlardan 2 nəfərin narkotik vasitənin […]
Coratda avtomat tapılıb
Sumqayıt şəhərinin Corat qəsəbəsində çimərlik ərazisində avtomat silah aşkarlanıb. Canlixeber.com xəbər verir ki, ərazidə aparılan tədbirlər zamanı istifadəyə yararlı 7,62 çaplı “Kalaşnikov” avtomatı tapılıb. Aşkar edilən silah aidiyyəti üzrə təhvil verilib, faktla bağlı araşdırma aparılır.
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən avtoqəza olub
Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza qeydə alınıb. Canlixeber.com xəbər verir ki ,hadisə Koroğlu prospektində baş verib. Məlumata görə, 1991-ci il təvəllüdlü Aslanov Vüqar Elşən oğlu idarə etdiyi “BYD Destroyer A05” markalı avtomobillə 1973-cü il təvəllüdlü Həşimov Qabil Salman oğlunu vurub. Ağır xəsarətlər alan piyada həyatını itirib. Faktla bağlı araşdırma başlanılıb.
Sumqayıtda avtobus azyaşlını vurub, faktla bağlı cinayət işi başlanılıb
Sumqayıtda dörd yaşlı uşağı avtobus vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb. 1963-cü il təvəllüdlü Rüstəmov Loğman Abas oğlu idarə etdiyi “Isuzu HC 45” markalı avtobusla piyada azyaşlı Həsənli Turan İlqar oğlunu ehtiyatsızlıqdan vurub. Azyaşlı hadisə yerində ölüb. Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar […]
Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Sumqayıt şəhərində 6 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, şəhərin Sülh prospektində hərəkətdə olan 6 avtomobil toqquşub. Qəza nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Hadisə ilə əlaqədar əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, araşdrıma aparılır.
