1 min read

Avropa çempionatı: 5 boksçumuz finala yüksəlib, 3-ü bürünc medal qazanıb

Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatında yarımfinal görüşləri keçirilib. Canlixeber.com xəbər verir ki, döyüşlərin nəticəsinə əsasən Azərbaycan millisinin 5 boksçusu finala vəsiqə qazanıb. Cəmilə Muradlı (57 kq) Morena Stifani (İtaliya) ilə üz-üzə gəlib və növbəti qələbəsini qazanıb – 4:1 (30:27, 28:29, 30:27, 29:28, 30:27). O, çempionluq üçün Aliya İbrahimlə (Almaniya) qarşılaşacaq. Səma Abbasova […]

1 min read

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalında

Azərbaycanın 2 boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında finala yüksəlib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Bildirilib ki, yarımfinalda öz rəqiblərinə qalib gələn Sübhan Mamedov (50 kiloqram) və Nəbi İsgəndərov (70 kiloqram) həlledici döyüşə vəsiqə qazanıblar. Finala gedən yolda uduzan Məhəmməd Abdullayev (+90 kiloqram) qitə çempionatını bürünc medalla başa […]

1 min read

Azərbaycanın 2 boksçusu Qazaxıstanda qızıl medal qazandı

Azərbaycanın 2 boksçusu Qazaxıstanda məktəblilər (U-15) arasında keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb. Canlixeber.com xəbər verir ki, Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda təşkil olunan yarışda 5 ölkənin idmançıları mübarizə aparıblar. Turnirə 2 boksçu ilə qatılan Azərbaycan millisinin hər iki üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) […]

1 min read

Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirə qatılacaqlar

Azərbaycan boksçuları Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda məktəblilər (U-15) arasında keçiriləcək beynəlxalq turnirə qatılacaqlar. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Məşqçi Etibar Abdullayevin rəhbərliyi altında Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) rinqə çıxacaqlar. Sabah başlayacaq yarış 4 gün davam edəcək.