Sosial
Sonuncu xəbərlər
Qızını boşatdırmaq istədi, kürəkəni tərəfindən öldürüldü – Şamaxıdakı qətlin TƏFƏRRÜATI
Şamaxı şəhərində qayınatasını öldürməkdə təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Teymur Əliyevə hökm oxunub, o, 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə ötən il Şamaxı şəhəri, Şah İsmayıl Xətai küçəsi ev 53 ünvanında baş verib. […]
Azərbaycanda daha iki dövlət qurumu ləğv edilir
Naxçıvanda iki dövlət qurumu ləğv edilərək yenidən təşkil olunur. Canlixeber.com xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb. Qərara əsasən, Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin və Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə […]
Göyçayda həyətində çətənə kolu yetişdirən şəxs tutulub
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlarla narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 45 yaşlı Amil Vahidov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun yaşadığı ünvandan çətənə kolları və marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib. Faktla bağlı cinayət işi […]
Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilir. Canlixeber.com xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Media haqqında” Qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Qeyd edək ki, jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat təşkil edib. Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Qorxu filmləri izləyərkən bunlara diqqət edin
Qorxu filmləri bir çox insan üçün həyəcan və əyləncə mənbəyi olsa da, insan orqanizmi və psixikası üzərində ciddi, bəzən isə uzunmüddətli mənfi təsirlər buraxır. Bu təsirləri həm qısamüddətli fizioloji reaksiyalar, həm də dərində yatan psixoloji travmalar şəklində qruplaşdırmaq olar. Canlixeber.com mövzu ilə bağlı araşdırma aparıb. Aşağıda qorxu filmlərinin insan sağlamlığına göstərdiyi psixoloji və fiziki ziyanların […]
Azadlıq, yoxsa Atillik? Freelans Həyatının Psixologiyası
Müasir iş dünyasındAzadlıq, yoxsa Atillik? Freelans Həyatının Psixologiyasıa freelans (sərbəst) fəaliyyət həm böyük bir azadlıq, həm də ciddi bir fərdi məsuliyyət simvoludur. Bir çox insan elə düşünür ki, ofis rejimindən xilas olmaq insanı təbii olaraq tənbəlliyə və nizamsızlığa sürükləyir. Lakin bu sualın cavabı göründüyündən daha mürəkkəbdir və birbaşa insanın özünüidarəetmə bacarığından asılıdır. Canlixeber.com sizlər üçün […]
172 nömrəli marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
14-16 iyul tarixlərində Bilgəh qəsəbəsinin Respublika küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir-bərpa işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, məhdudiyyət səbəbindən 172 nömrəli marşrutun hərəkəti müvəqqəti olaraq Azərbaycan Qadını küçəsi (Bilgəh qəsəbəsi) – Bilgəh-Pirşağı yolu (İstiqlaliyyət küçəsi) istiqaməti üzrə […]
Media sahəsində vahid qurum yaradılır
Milli Məclis media sahəsində vahid qurum – Media və Yayım Şurasının yaradılmasını son oxunuşda qəbul edib. Canlixeber.com xəbər verir ki, bununla bağlı “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara təklif edilən dəyişikliklər parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media […]
Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 28 il keçir
“Müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qurulan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ali konstitusiya ədalət məhkəməsi orqanı olaraq 14 iyul 1998-ci il tarixində fəaliyyətə başlamasından 28 il keçir. Fəaliyyət göstərdiyi bu dövr ərzində Məhkəmə qəbul etdiyi Qərarlarla milli dövlətçiliyimizin hüquqi dayaqlarının möhkəmləndirilməsinə, qanunun aliliyinin təmin edilməsinə və fundamental insan hüquqlarının ali səviyyədə […]
Konstitusiya Məhkəməsinin sədri: Azərbaycan Ermənistana qarşı ikinci dövlətlərarası şikayət göndərib
“Azərbaycan hökumüməti minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi tələbi ilə Ermənistana qarşı ikinci dövlətlərarası şikayət də göndərib”. Canlixeber.com xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin yazdığı məqalədə qeyd olunub. F. Abdullayev bildirib ki, Azərbaycan Respublikası tərəfindən isə Avropa Məhkəməsinə Ermənistana qarşı birinci dövlətlərarası şikayət 2021-ci ilin yanvar ayında göndərilib: “Ərizə 2020-ci ildə baş […]
