Meyit
Qusarda yanğın: Bir nəfərin meyiti tapılıb
Qusar rayonunun Xuroba kəndində fərdi yaşayış evində yanğın baş verib. Canlixeber.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikililər alovdan mühafizə edilib. Yanğın yerində aparılan kəşfiyyat zamanı bir nəfərin meyiti aşkarlanıb. Hadisənin təfərrüatı dəqiqləşdirilir.
Gəncədə yaşayış evində meyit aşkarlanıb
Gəncədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin İnşaatçılar küçəsində qeydə alınıb. Belə ki, sözügedən küçədə yaşayan 1986-cı il təvəllüdlü R. Novruzovun meyiti evindən tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Kişinin ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Gəncədə evdən meyit tapıldı
Gəncədə 70 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisindəki evlərdən birində qeydə alınıb. Şəhər sakini, 1956-cı il təvəllüdlü Azər Balı oğlu Xəlilovun üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı mənzildə aşkarlanıb. Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.
Bakıda 27 yaşlı kişinin meyiti tapıldı
Bakıda 27 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Hacıqabul rayon sakini 1999-cı il təvəllüdlü Mirzə Rövşən oğlu Rzayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə tapılıb. Faktla bağlı araşdırmalar aparılır.
Bakıda mənzildən meyit tapıldı
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Həyata keçirilən tədbirlər nəticəsində 4 nəfər uşaq xilas edilib, 1 nəfərin meyiti aidiyyəti üzrə […]
Həkəri çayında batan şəxsin meyiti 2 ay sonra tapıldı
İyulun 4-də Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan şəxsin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, 1962-ci il təvəllüdlü Nuşirəvan Mehdi oğlu Həsənovun meyiti FHN-in xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Sumqayıtda meyit tapılıb
Sumqayıtda evdən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Təzə Kotec qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 53 yaşlı Faiq İbrahim oğlu Sultanovun meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Bakıda evdən meyit tapılıb
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.
Bakıda 2 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərə müvafiq köməklik göstərilib, 1 nəfərin meyiti […]
Mingəçevir su anbarında batan balıqçının meyiti tapıldı
Mingəçevir su anbarında batan balıqçının meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, Yevlax rayonu, Xanabad kənd sakini 1961-ci il təvəllüdlü Xaləddin Sabir oğlu Kərimov avqustun 26-da saat 7 radələrində Mingəçevir su anbarının Samux rayonu ərazisinə düşən hissəsində balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək boğulub. Avqustun 28-də onun meyiti Mingəçevir su anbarından aşkar edilib. Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma […]
