1 min read

Gəncədə 54 yaşlı qadının meyiti tapılıb

Gəncədə 1972-ci il təvəllüdlü Lətafət İsmayılovanın meyiti aşkar edilib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb. 54 yaşlı Lətafət İsmayılovanın yaşadığı evdə meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

3 mins read

Magistraturaya ixtisas seçimi növbəti həftə başlayacaq

Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 3-cü nömrəsinin elektron versiyasını təqdim edib. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.Jurnalın bu nömrəsində “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” əksini tapıb. Bu cədvəldən necə istifadə etməli? Cədvəlin 1-ci sütununda bakalavr ixtisaslarının siyahısı verilib. Bakalavr bu siyahıdan bitirdiyi ixtisası tapır. Qarşıdakı 2-ci sütunda hər bir […]

1 min read

Bakıda bu ilin 6 ayı ərzində 1543 yol-nəqliyyat hadisəsi olub

Bu ilin 6 ayı ərzində Bakıda baş verən qəzaların sayı açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Məlumata görə, paytaxt yollarındakı videomüşahidə kameralarının əhatə dairəsində ötən il ərzində 1543 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

1 min read

Lisey və gimnaziyalara müraciət müddəti uzadılıb

Lisey və gimnaziyalara müraciət müddəti 1 gün uzadılıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Report”a Təhsil İnstitutu məlumat yayıb. Bildirilib ki, namizədlər 15 iyul saat 12:00-dək müraciət edə bilərlər. Seçim prosesi başa çatdıqdan sonra şagirdlərin topladıqları ballara uyğun şəkildə yerləşdirilməsi aparılacaq və qəbul nəticələri elan ediləcək. Avqust ayının birinci yarısında yerdəyişmə sistemi aktivləşdirildikdən sonra qəbul […]

1 min read

Azərbaycanda 6 ayda 22 mindən çox şəxsə proaktiv pensiya təyin edilib

Bu ilin yanvar-iyun aylarında 22 690 şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Məlumata görə, onların 54,53 %-ni kişilər, 45,47 %-ni isə qadınlar təşkil edib.

1 min read

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlayır

Bu gündən 2026/2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin (MİQ) test imtahanı mərhələsi başlanır. Canlixeber.com xəbər verir ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumatla tanış ola bilərlər. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 14-18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan […]

1 min read

Ağstafada 21 yaşlı oğlan bıçaqlandı – Hərbi qulluqçu saxlanıldı

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə dünən rayonun Qırılı kəndi ərazisində qeydə alınıb. 2005-ci il təvəllüdlü Ayxan Budaqlı sakini olduğu kəndin ərazisində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun hərbi qulluqçu olduğu bildirilib. Faktla bağlı araşdırma […]

1 min read

Yasamalda kişi yol-nəqliyyat hadisəsi zamanı ölüb

Yasamalda ölümlə nəticələnən yol qəzası olub. Canlixeber.com xəbər verir ki, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Əlizadə Rüstəm Nizami oğlu xəsarət alıb. Xəsarətlərlə xəstəxanaya yerləşdirilən kişi orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

1 min read

“İmişli” “Kəpəz”dən ayrılan Yusif İmanovu heyətinə qatdığını açıqlayıb

“İmişli” klubu “Kəpəz”dən ayrılan qapıçı Yusif İmanovu transfer edib. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 23 yaşlı qolkiperlə “2+1” illik müqavilə imzalanıb. Xatırladaq ki, Yusif İmanov “Sabah” və Kosovonun “Malişeva” komandasında da çıxış edib.