Sosial
Sonuncu xəbərlər
Bakıda yanacaq daşıyan avtomobil yanıb
Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yanacaq daşıyan avtomobildə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qoşqusunda otuz bir ton dizel yanacağı olan “Mercedes” markalı avtomobilin kabinə hissəsində […]
Bakının üç rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
Bakının Yasamal rayonunda elektrik enerjisinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan tələbatın qarşılanması məqsədilə iyulun 15-də təmir işləri aparılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) balansında olan transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar Abbas Mirzə Şərifzadə, Akim Abbasov, Həsən bəy Zərdabi […]
Bakıda güclü külək əsəcək – XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 15-16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq, şimal-qərb küləyi, Quba, Qusar, Şabran, Siyəzən, Xızı, […]
Çimərliklərdə hava necə olacaq
İyulun 15-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeoroligiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 23-24, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.
Bu gün hava necə olacaq?
Azərbaycanda iyulun 15-də gözlənilən hava proqnozu açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 21-26° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. […]
Rusiyadan Azərbaycana gələn sahibkar həmkəndlisini amansızlıqla döydü – TƏFƏRRÜAT
Qusar sakini həmkəndlisini xüsusi amansızlıqla döyüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Hil kəndində baş verib. 1971-ci il təvəllüdlü İzaməddin Mərdanov (soyadı şərtidir) uzun müddət Rusiyada yaşayıb və bizneslə məşğul olub. O, bir müddət əvvəl Qusar rayonuna qayıdıb, kənddə təsərrüfat yaradaraq, burada da sahibkarlıqla məşğul olmağa başlayıb. O özünə məxsus bağ sahəsində işləməyə gedərkən yolda […]
Ağdərədə ər və arvad FACİƏLİ ŞƏKİLDƏ öldülər
Ağdərə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb. Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri – N.Əsgərov və həyat yoldaşı K.Əsgərova həyatını itirib. Avtomobildə olan digər Kəlbəcər sakini M.İsmayılova xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Elm və Təhsil Nazirliyi doqquz milyon manatlıq tender elan etdi
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Canlixeber.com xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 9 milyon 144 min 217 manat təşkil edir. Müvafiq sənədə əsasən, satınalma çərçivəsində ölkə üzrə təhsil müəssisələrində cari və əsaslı təmir, eləcə […]
“Qarabağ” daha bir legioneri klubdan GÖNDƏRİR
“Qarabağ” klubu daha bir futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib. Canlixeber.com xəbər verir ki, komandanın sol cinah müdafiəçisi Jeremi Qnali komandasını dəyişməyə yaxındır. Belə ki, bu ilin qış transfer pəncərəsində Yunanıstanın AEK klubundan “Qarabağ”a cəlb edilən fransalı sol cinah müdafiəçisi gözləntiləri doğrultmayıb. Artıq bir neçə komandadan təklif alan 24 yaşlı futbolçunu “Qarabağ” rəhbərliyi icarə əsasında […]
Prokuror “Beniz”ə ağır cəza istədi
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonra prokuror Babaxan Həsənəliyev dövlət ittihamının müdafiəsi zamanı Aybəniz Xəlilovanın 11 il azadlıqda məhrum edilməsini məhkəməyə […]
