1 min read

Qusarda qonşusunu telefonla çəkən qadın döyüldü

Qusarda qonşusunu telefonla çəkən qadın döyülüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Gədəzeyxur kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Rəvanə Abdullayevanın (soyadı şərtidir – red.) saxladığı qazlar qonşusu Aynurənin həyətinə gələn su arxını mütəmadi olaraq bulandırıb. Aynurə bu barədə dəfələrlə Rəvanəyə müraciət etsə də, qonşusu onun bu iradı ilə razılaşmayıb və mübahisə yaranıb. […]

1 min read

Qusarda yanğın: Bir nəfərin meyiti tapılıb

Qusar rayonunun Xuroba kəndində fərdi yaşayış evində yanğın baş verib. Canlixeber.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikililər alovdan mühafizə edilib. Yanğın yerində aparılan kəşfiyyat zamanı bir nəfərin meyiti aşkarlanıb. Hadisənin təfərrüatı dəqiqləşdirilir.

1 min read

Quba və Qusara qar yağır

Quba və Qusar ərazisinə qar yağır. Canlixeber.com xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayımlanıb. Qeyd olunub ki, dünən axşam saatlarından etibarən dağlıq kəndlərə güclü qar yağır. Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində havanın soyuyacağı, Bakı və Abşeron yarımadasına yağış, dağlıq ərazilərə qar yağacağı ilə bağlı məlumat yayıb.

1 min read

Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb

Qusar rayonunda kəsici alətlə ictimai qaydanı pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, 22 yaşlı şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq edilməklə saxlanılaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Qusarda yük avtomobili piyadanı vurub

Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Bədirqala kəndində olub. Belə ki, Elçin Fətəliyevin idarə etdiyi “Ford Transit” markalı avtomobillə hərəkətdə olarkən Yaqub Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

2 mins read

Rusiyadan Azərbaycana gələn sahibkar həmkəndlisini amansızlıqla döydü – TƏFƏRRÜAT

Qusar sakini həmkəndlisini xüsusi amansızlıqla döyüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Hil kəndində baş verib. 1971-ci il təvəllüdlü İzaməddin Mərdanov (soyadı şərtidir) uzun müddət Rusiyada yaşayıb və bizneslə məşğul olub. O, bir müddət əvvəl Qusar rayonuna qayıdıb, kənddə təsərrüfat yaradaraq, burada da sahibkarlıqla məşğul olmağa başlayıb. O özünə məxsus bağ sahəsində işləməyə gedərkən yolda […]

1 min read

Qusarda yük maşını aşıb, ölən var

Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda, Samur qəsəbəsi yaxınlığında qeydə alınıb. İlkin məlumata əsasən, Dağıstan qeydiyyat nişanlı yük avtomobili idarəetmədən çıxaraq magistral yol ilə Samur-Abşeron kanalı arasındakı əraziyə aşıb. Qəza nəticəsində xəsarətlər alan 28 yaşlı sürücü hadisə yerində ölüb. Avtomobildə daşınan badımcanlar […]

1 min read

Qusarın Laza kəndinə sel gəldi

Qusar rayonunun Laza kəndində yağan güclü yağışlardan sonra sel baş verib. Canlixeber.com xəbər verir ki, sel nəticəsində yol palçıq və daş kütləsi ilə örtülərək nəqliyyatın hərəkətini çətinləşdirib. Sel nəticəsində yol boyunca güclü palçıq axını yaranıb, bəzi avtomobillər təhlükəli vəziyyətdə qalıb.

2 mins read

Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı

Qusar rayonunda həmkəndlisinin qulağını dişləyən şəxsə hökm oxunub. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Yasab kəndində baş verib. Kənd sakini, 1997-ci il təvəllüdlü Azik Mamedov (soyadı şərtidir – red.) həmkəndlisi Mövlanla mübahisə edib. Belə ki, Mövlan ona zəng vuraraq görüşmək istədiyini bildirib. Həmkəndlilər kənd ərazisində görüşüblər və aralarında mübahisə yaranıb. Mövlan Azikə deyib ki, guya […]