Qusarda yanğın: Bir nəfərin meyiti tapılıb
1 min read

Qusarda yanğın: Bir nəfərin meyiti tapılıb

Qusar rayonunun Xuroba kəndində fərdi yaşayış evində yanğın baş verib.

Canlixeber.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikililər alovdan mühafizə edilib.

Yanğın yerində aparılan kəşfiyyat zamanı bir nəfərin meyiti aşkarlanıb.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.