1 min read

Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb

Filippin Hərbi hava Qüvvələrinə məxsus iki təlim təyyarəsi qəzaya uğrayıb. Canlixeber.com xəbər verir ki, nəticədə 4 pilot ölüb. Bildirilib ki, hadisə Batanqas vilayətində yerləşən Fernando aviabazası ərazisində “SF-260” tipli təyyarələri havada toqquşub. Faktla bağlı araşdırma aparılır.

1 min read

Fransada qırıcı təyyarə qəzaya uğradı: Ölən var

Fransa Hərbi Hava Qüvvələrinə aid “Mirage 2000D” qırıcı təyyarəsi ölkənin şimal-şərqində yerləşən Nansi şəhəri yaxınlığında qəzaya uğrayıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Franceinfo” radiostansiyası məlumat yayıb. Hadisə yerində heyət üzvlərindən birinin meyitinin qalıqları tapılıb, ikinci pilotun axtarışları isə davam etdirilir. Məlumata əsasən, ərazidə helikopterlər, yanğınsöndürmə briqadaları, jandarm qüvvələri və hərbi ekspertlərin iştirakı ilə irimiqyaslı […]

1 min read

Pakistanda təyyarə qəzaya uğradı: Pilotlar həlak oldular

Pakistan Hərbi Hava Qüvvələrinə məxsus “Mushshak” adlı təlim-məşq təyyarəsi Bəlucistan vilayətində qəzaya uğrayıb və nəticədə iki pilot həyatını itirib. Canlixeber.com xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinin mətbuat xidməti rəsmi məlumat yayıb. Dəqiqləşdirilmiş məlumatlara əsasən, bədbəxt hadisə regionun inzibati mərkəzi sayılan Kvetta şəhəri ərazisində qeydə alınıb. Fövqəladə hadisəyə texniki nasazlığın səbəb olduğu bildirilir.