1 min read

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 30-u və iyulun 1-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Gəncə, Mingəçevir, Goranboy, Samux, Naftalan, Göygöl, Daşkəsən, Gədəbəy, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Yardımlı, Lerik, Naxçıvan MR-də sarı […]

1 min read

Bakıda dörd yaşlı qız faciəli şəkildə öldü

Bakıda dörd yaşlı qız faciəli şəkildə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 27-si saat 11 radələrində paytaxtın Xətai rayonu, C.Həsənov küçəsindəki evlərin birində baş verib. Həmin ünvanda yaşayan 2022-ci il təvəllüdlü M.Hümbətova 15 mərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. Azyaşlı hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar aparılır.

1 min read

Səbinə Mehdiyevaya vəzifə verildi

Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Agentliyin müvafiq əmrinə əsasən, Səbinə Mehdiyeva Azərbaycan Milli Konservatoriyasının nəzdində Bakı Musiqi Kollecinin direktoru vəzifəsinə təyin edilib. Səbinə Mehdiyeva 2021-ci ildən hazırkı təyinatınadək Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktoru vəzifəsində çalışıb. […]

1 min read

Son altı ayda Azərbaycanda 73 uşaq övladlığa verilib

Azərbaycanda bu ilin birinci yarısında (yanvar-iyun) 73 uşaq övladlığa verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Bundan başqa, həmin müddətdə 7 uşaq himayədar ailəyə verilib. Qeyd edək ki, övladlığagötürmə sahəsində idarəetmə Nazirliyə həvalə olunduğu tarixdən (1 noyabr, 2019-cu il) bu günədək 891 uşaq övladlığa verilib. 2023-cü ilin noyabrından tətbiq edilən […]

1 min read

Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır

Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini – 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Yeniyetmənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə […]

1 min read

Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir

İyulun 1-dən Bakı metropoliteninin Bənövşəyi xəttində yay qrafikinin tətbiqinə başlanılır. Canlixeber.com xəbər verir ki, xətt üzrə qatarların hərəkəti “Xocəsən-8 Noyabr” və əks istiqamətdə 8 dəqiqə intervalla təşkil olunacaq. Qeyd edək ki, yay qrafikində qatarların “Avtovağzal-8 Noyabr” sahəsində hərəkətinə fərqli interval tətbiq edilməyəcək. Xətt üzrə davamlı monitorinqlər aparılacaq, bu dövrdə sərnişin axınının dəyişkən xüsusiyyətləri və digər […]

1 min read

Şəmkirdə itkin düşən yeniyetmənin meyiti tapıldı

Şəmkirdə itkin düşən yeniyetmənin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. 2012-ci il təvəllüdlü F.Rzayevin yaşadığı evin arxa hissəsində meyiti tapılıb. 14 yaşlı yeniyetmənin ölüm səbəbi məlum deyil. Onun dünəndən itkin düşdüyü bildirilir. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

1 min read

Yasamalda BYD markalı avtomobil aşıb, xəsarət alanlar var

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. İlkin məlumata görə, BYD markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları, təcili tibbi yardım briqadaları və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

1 min read

Sabah Masallı və Astaranın bəzi kəndlərində qaz olmayacaq

Sabah Masallı və Astara rayonlarının bəzi kəndlərində təbii qazın verilişi dayandırılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq və təmir-bərpa işləri ilə əlaqədar iyunun 30-da saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Hişkədərə kəndinin, Astara rayonunun Pensər, Kakalos, Bala Şahağacı və Qamışoba kəndlərinin qaz təchizatında […]