Azyaşlı ölümü
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea breeze” istirahət mərkəzində hovuzda uşağın ayağı su nasosunda sıxılı vəziyyətdə qalıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, xilasedicilər, habelə təcili tibbi yardım briqadası tərəfindən görülən operativ tədbirlərə, o cümlədən reanimatoloji müdaxilələrə baxmayaraq, 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlunun həyatını […]
İmişlidə 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb
İmişli rayonunda bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Rəsullu kəndində qeydə alınıb. Kənd sakini, 2021-ci il təvəllüdlü Ö.Xəlilovun idarə etdiyi velosiped hərəkətdə olan zaman traktora çırpılıb. Nəticədə azyaşlı traktorun altında qalaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
İsmayıllıda yeddi yaşlı uşaq öldü
İsmayıllı rayonunda yeddi yaşlı uşaq qıcolmadan ölüb. Canlixeber.com xəbər verir ki, rayonun İsmayıllı kənd sakini 2019-cu il təvəllüdlü N.Rəhimov yaşadığı evdə qəfil epilepsiya keçirib. O, ailə üzvləri tərəfindən xəstəxanaya aparılarkən yolda qıcolmadan ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılıb öldü
Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb. Belə ki, 2022-ci il təvəllüdlü İbrahim Kənan oğlu Qafarlı yaşadığı binanın 13-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən ehtiyatsızlıqdan yıxılaraq həyatını itirib. Faktla bağlı araşdırma Xətai Rayon Prokurorluğu tərəfindən aparılır.
Qaxda yol qəzasında azyaşlı ölüb, bir neçə nəfər xəsarət alıb
Qaxda ağır yol qəzası olub. Canlixeber.com xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunda baş verib. İlkin məlumata görə, hərəkətdə olan minik avtomobilləri toqquşub. Qəza nəticəsində avtomobillərin birinda olan azyaşlı aldığı ağır xəsarətlərdən həyatını itirib. Daha bir neçə nəfərin isə xəsarət aldığı bildirilir. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Bakıda dörd yaşlı qız faciəli şəkildə öldü
Bakıda dörd yaşlı qız faciəli şəkildə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 27-si saat 11 radələrində paytaxtın Xətai rayonu, C.Həsənov küçəsindəki evlərin birində baş verib. Həmin ünvanda yaşayan 2022-ci il təvəllüdlü M.Hümbətova 15 mərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. Azyaşlı hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Göygöldə “QAZel” yeddi yaşlı uşağı vurdu
Göygöldə azyaşlını maşın vurub. Canlixeber.com xəbər verir ki, ilkin məlumata görə, “QAZel” markalı yük avtomobili 2019-cu il təvəllüdlü K.Abbasovu vurub. Azyaşlı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Ona tibbi yardım göstərilib, müalicəsi davam edir. Faktla bağlı araşdırma aparılır.
Abşeronda faciə: Azyaşlını motosiklet vurub öldürdü
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 19-da axşam saat 18 radələrində rayonun Masazır kəndi ərazisində qeydə alınıb. 2007-ci il təvəllüdlü Fuad Azad oğlu Babaşov idarə etdiyi “Minsk D D4” motosikleti ilə Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksinin qarşısındakı küçədə hərəkətdə olarkən sola manevr etdiyi vaxt yolu qaçaraq keçən 2022-ci il […]
Naxçıvanda uşaq kanalda boğuldu
Naxçıvanda 7-8 yaşlarında olduğu bildirilən uşaq kanalda boğulub. Canlixeber.com xəbər verir ki, hadisə Qaraxanbəyli kəndində baş verib. İlkin məlumata görə, onun həyatını xilas etmək mümkün olmayıb. Yaxınlarının verdiyi məlumata görə, o, epilepsiya xəstəsi imiş.
5 yaşlı uşaq su anbarında boğuldu
Cəlilabadda bədbəxt hadisə nəticəsində azyaşlı ölüb. Canlixeber.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib. Kənd sakini, 5 yaşlı Onur Amil oğlu Zamanov su anbarına düşərək boğulub. Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
