İdmançı
Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı
Dünyanın ən bahalı oyunçularının yeni siyahısı açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə futbolçuların transfer qiymətlərini analiz edən “Transfermarkt” portalı məlumat yayıb. Siyahının liderləri qismində hər biri 220 milyon avro olaraq qiymətləndirilən norveçli hücumçu Erlinq Holand və ispaniyalı vinger Lamin Yamal qərarlaşıblar. Ən bahalı futbolçuların reytinq cədvəlinin ilk onluğuna düşənlər bunlardır:
Mateus Silva “Qarabağ”dan ayrılır
Braziliyalı futbolçu Mateus Silva “Qarabağ”la yollarını ayırmağa hazırlaşır. Canlixeber.com xəbər verir ki, bu barədə 29 yaşlı müdafiəçi Braziliya mətbuatına verdiyi açıqlamada bildirib. Futbolçu qeyd edib ki, Braziliya klublarından təklif alıb və bunun yeni bir sınaq üçün ideal variant olduğunu düşünür: “Azərbaycanda yaşadıqlarıma görə minnətdaram. Amma daha çox şeyə ehtiyacım olduğunu hiss edirəm və Braziliyaya qayıtmaq […]
Azərbaycanda MMA döyüşçüsü vəfat etdi
MMA döyüşçüsü Sərxan Vəlili dünyasını dəyişib. Canlixeber.com xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. İdmançının ölüm səbəbi açıqlanmayıb.
Cüdoçumuz Balabəy Ağayev “Böyük Dəbilqə”də qızıl medal qazandı
Monqolustanın paytaxtı Ulan-Bator şəhərində keçirilən nüfuzlu “Böyük Dəbilqə” turniri Azərbaycan üçün uğurla başlayıb. Canlixeber.com xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Balabəy Ağayev bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına sahib çıxıb. Cüdoçumuz həlledici final görüşündə əsl əzmkarlıq nümayiş etdirib. O, yaponiyalı dünya çempionu Ryuju Naqayamanı məğlubiyyətə uğradaraq turnirin qalibi adını qazanıb. Eyni […]
Tanınmış idmançı vəfat etdi
Tanınmış idmançı, “Lider” idman klubunun sahibi İlham Sərdarov vəfat edib. Canluxeber.com “Unikal”a istinadla xəbər verir ki, o, idman etdikdən sonra dünyasını dəyişib. 55 yaşlı idmançının ürəktutmadan öldüyü bildirilir.
