Avtomobil qəzası
Qaxda yol qəzasında azyaşlı ölüb, bir neçə nəfər xəsarət alıb
Qaxda ağır yol qəzası olub. Canlixeber.com xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunda baş verib. İlkin məlumata görə, hərəkətdə olan minik avtomobilləri toqquşub. Qəza nəticəsində avtomobillərin birinda olan azyaşlı aldığı ağır xəsarətlərdən həyatını itirib. Daha bir neçə nəfərin isə xəsarət aldığı bildirilir. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
İsmayıllıda zəncirvari AVTOQƏZA: Xəsarət alanlar var
İsmayıllıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Babaxan adlanan ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı yük avtomobili ilə “Volkswagen” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
“Arzum” məhkəmədə danışdı: Qəza anı həyəcandan dizlərim tutuldu, özümdən getmişdim
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan “Arzum 999” ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən İ.Hacıyeva özünü təqsirli bilmədiyini deyib. […]
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Yük maşınının vurduğu avtomobil piyadalara çırpıldı – Ölənlər var
Ucar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Tərtər rayonunun Köçərli kənd sakini, 1979-cu il təvəllüdlü Şamilzadə Anar Cəfər oğlunun idarə etdiyi “Mercedes Atego” markalı yük maşını yol kənarında dayanan, Gəncə şəhər sakini, 1984-cü il […]
Xankəndi – Şuşa yolunda avtoqəza: ÖLƏN və yaralı var
Xankəndi – Şuşa avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Bayram Verdiyev adlı sürücü Şuşadan Xankəndi istiqamətində “Tofaş” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində B.Verdiyev hadisə yerində həyatını itirib. Avtomobildə olan Orxan Şirinov isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Ağcabədidə itkin düşən şəxsin avtomobili su kanalında tapıldı
Ağcabədidə kişi itkin düşüb. Canlixeber.com xəbər verir ki, Laçın rayonu, Yığın kənd sakini Əsədov Adil Əsəd oğlu iyulun 25-də itkin düşüb. Faktla bağlı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ona məxsus “Mercedes-Benz” markalı avtomobil iyulun 30-da Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu Qaradolaq kəndi ərazisindən keçən hissəsində aşkar edilib. Hazırda faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Ucarda ağır qəza – Ölənlər var
Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan yük maşını minik avtomobili ilə toqquşub. İdarəetmədən çıxan avtomobillər yol kənarında dayanan 2 piyadanı vurub. İlkin məlumata görə, piyadalardan biri və minik avtomobilində olan sərnişin hadisə yerində ölüb. Digər piyada və […]
Bakıda iki futbolçu qəzada FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
Dünən axşam saatlarında Qobu-Lökbatan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, 99-EN-361 dövlət qeydiyyat nişanlı “Toyota” markalı minik avtomobili “Ford Transit” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində “Toyota”da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar, “Ford”un sürücüsü isə xəsarətlər alıb. Əldə etdiyimiz məlumata görə, qəzada ölənlər “Qobu” futbol […]
Hövsanda ağır QƏZA: Ölən var
Suraxanı rayonunun Hövsan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə ötən gecə saat 02:30-da Zığ-Hövsan körpüsünün altında, MİDA Hövsan yaşayış kompleksinin və “Akkord” qarajının yaxınlığında baş verib. Qəzaya uğrayan 77-NK-513 dövlət qeydiyyat nişanlı, VAZ-2107 avtomobilinin sürücüsü təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən həyatını itirib. Bildirilir ki, dünyasını dəyişən şəxsin adı […]
Oğuzda iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Oğuzda minik avtomobilləri toqquşub, ölən və xəsarət alan var. Canlixeber.com xəbər verir ki, hadisə səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunda, rayonun Padar kəndi ərazisində baş verib. İlkin məlumata görə, “Mercedes” və “VAZ-2109” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində xəsarət alan “VAZ”ın sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Məmmədəliyev və 1984-cü il təvəllüdlü Aynur Salahova Oğuz xəstəxanasına yerləşdirliblər. […]
