Bakı Metropoliteni
Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu
“Bakıda sayca 3-cü yerüstü metro stansiyasının tikintisi davam etdirilir”. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə”Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Tikinti lahiyələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib. O bildirib ki, stansiyada platforma və inzibati sahələrin tikintisi artıq başa çatdırılıb: “Hazırda üzlənmə işləri aparılır. Bu işlər başa çatdırılandan sonra infrastrukturun qurulmasına başlanacaq. Bütün […]
Metroda “qırmızı xətt” üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək
“AZCON Holding” şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri tam yekunlaşdırılıb. Canlixeber.com xəbər verir ki, “Bakı Metropoliteni” QSC-dən məlumata görə, dalan yolunun təkrar istismara verilməsi ilə yaxın günlərdə “Həzi Aslanov” – “Əhmədli” mənzilində məkik hərəkət ləğv olunacaq. “İçərişəhər” – “Həzi Aslanov” sahəsində qatarların hərəkəti təmirdən əvvəlki qaydada bərpa […]
“Həzi Aslanov” metrostansiyasında dalanın yenidən qurulması yekunlaşır
Oktyabrın 23-də “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasında dalanın yenidən qurulması yekunlaşacaq. Canlixeber.com xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib. Əvvəlki mərhələlərdə təmir-bərpa işləri tamamlanıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi icra olunub. Həmçinin döşəmə, divar və tavan hissələrdə gücləndirmə tədbirləri görülüb. Orta yolların arakəsmə divarları tam […]
Bakı Metropolitenində yüksək vəzifəyə təyinatlar
“Bakı Metropoliteni” QSC-də yeni kadr təyinatları olub. Canlixeber.com xəbər verir ki, Zaur Nağıyev qurumun İdarə Heyəti sədrinin müavini, İlham Axundov və Kənan Cəfərov isə sədrin müşavirləri vəzifələrinə təyin ediliblər. Zaur Nağıyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə İdarə Heyəti sədrinin müavini təyin olunub. 1982-ci il təvəllüdlü Z.Nağıyev Bakı Dövlət Universitetində hüquqşünaslıq, ADA Universiteti və Maastrixt […]
Bakı metrosu “Sabah”a görə xüsusi rejimdə işləyəcək
Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Çempionlar Liqası matçında “Sabah” futbol klubunun növbəti qarşılaşması ilə əlaqədar Bakı metropolitenində xüsusi iş rejimi tətbiq olunacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, stadionun yaxınlığında yerləşən “Koroğlu” stansiyasına əlavə işçi qüvvəsi cəlb ediləcək və nəzarət gücləndiriləcək. Ehtiyat qatarlar xəttə buraxılmaq üçün […]
Bakı metrosunda halı pisləşən kişi öldü
Bakı Metropoliteninin “Avtovağzal” stansiyasının platformasında ölüm hadisəsi baş verib. Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bərdə sakini 83 yaşlı Telman Muradov qatarda olarkən halı pisləşib. Dərhal bütün müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
“Formula 1″lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılacaq
Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də iş qrafiki dəyişdiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə səhmdar cəmiyyətiməlumat yayıb. Bildirilib ki, mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, sentyabrın 24-dən 26-dək 3 stansiya – “İçərişəhər”, “Sahil” və “28 May” gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Stansiyalara növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq. Ayın […]
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq
“Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq. Canlixeber.com xəbər verir ki, “Bakı Metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə 23.09.2026-cı il tarixindən “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş müvəqqəti müddət üçün ödənişsiz […]
Yeni tədris ilində Bakı metrosunda əlavə tənzimləmələr aparıla bilər
Yeni tədris ilində Bakı metrosunda bütün xətlər üzrə sərnişin axını nəzarətdə saxlanılacaq, ehtiyac olduqda əlavə tənzimləmələr aparılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb Metropolitenin məlumatına görə, texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endirilir: Qırmızı xətt: Sentyabrın 15-dən etibarən “İçərişəhər–Əhmədli” mənzilində pik saatlarda 2 dəqiqəlik […]
Bakıda “20 Sentyabr” metrostansiyası olacaq
Bakıda “20 sentyabr” metrostansiyası olacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti bu barədə qərar verib. Qərara əsasən, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası “20 Sentyabr” adlandırılıb. […]
