Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır
1 min read

Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır

Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb.

Canlixeber.com xəbər verir ki, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib.

Qəsəbə sakini – 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb.

O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

Yeniyetmənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.