1 min read

Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb

Astara rayonunda ölüm hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 14-də rayonun Miki kəndində qeydə alınıb. 1952-ci il təvəllüdlü Abid Qüdrət oğlu Şəfəqqətov yaşadığı fərdi yaşayış evinin damında odun sobasının borusunu təmizləyərkən hündürlükdən yıxılıb. O, aldığı xəsarətlər nəticəsində ölüb. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

1 min read

Astarada başına boru düşən Cəlilabad sakini ölüb

Cəlilabad sakini Astarada bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com hadisə Astara rayonunun dağ kəndi olan Təxtənəkəran kəndində qeydə alınıb. Belə ki, Cəlilabad rayonunun Vənlik kənd sakini Ramin Simran oğlu Kərimov vətəndaşa məxsus həyətyanı sahədə artezian quyusu qazarkən başına boru düşüb. R. Kərimovun yanında işləyən həmkəndliləri onu təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Buna baxmayaraq, onun […]

1 min read

Astarada bir nəfər dənizdə batıb

Astarada bir nəfər (kişi) dənizdə batıb. Canlixeber.com xəbər verir ki, hadisənin şəhərin “Bulvar” ərazisində baş verdiyi bildirilir. İlkin məlumata görə, dənizdə batdığı bildirilən şəxs Masallı rayonu Kosagül kəndinin sakinidir. Bu barədə FHN-in Cənub Regional Mərkəzinə məlumat daxil olub. Onun şəxsiyyəti dəqiqləşdirilir. Hazırda həmin şəxsin axtarışları aparılır.

1 min read

Astaranın üç kəndində qaz olmayacaq

Astarada üç kənddə qaz olmayacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 20-də saat 10:00-dan etibarən Astara rayonunun Təngərüd, Maşxan və Lələkəpeştə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

5 mins read

Şindan qalasında arxeoloji kəşfiyyat işlərinə başlanılıb

Cənub bölgəsinin mühüm tarixi-arxeoloji abidələrindən olan Şindan qalasında arxeloji kəşfiyyat işlərinə başlanılıb. Canlixeber.com xəbər verir ki, Şindan qalası Astara rayonunun Sım kəndindən təxminən 6-7 km cənub-qərbdə, Talış dağlarının yüksək zirvəsində, İran sərhədinə yaxın ərazidə yerləşir və bölgənin mühüm tarixi-arxeoloji abidələrindən hesab olunur. AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması” şöbəsinin müdiri, tarix […]

1 min read

Astarada 60 yaşlı kişi əncir dərərkən öldü

Astara rayonunda 60 yaşlı kişi ağacdan yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Siyəkü kəndində baş verib. Məlumata görə, Bakışəhər sakini, 1966-cı il təvəllüdlü Fazil Fətəliyev əncir dərmək üçün ağaca çıxıb. Bu zaman ehtiyatsızlıq nəticəsində yerə yıxılıb və müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun xəstəxanaya çatdırılmasından əvvəl öldüyü məlum […]

1 min read

Sabah Astarada qaz olmayacaq

Sabah Astara şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 11-də saat 10:00-dan işlər yekunlaşanadək Astara şəhərinin qaz təchizatı dayandırılacaq.

1 min read

Astarada 18 kiloqram narkotik vasitə aşkarlanıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 45 yaşlı Vüqar Quliyev saxlanılıb. Onun idarə etdiyi avtomobildən ümumilikdə 18 kiloqram marixuana və tiryək aşkarlanıb. Araşdırmalarla V.Quliyevin narkotikləri tanışı 46 yaşlı Turab Ağayev vasitəsilə əldə etdiyi müəyyən olunub. Əməliyyat […]

1 min read

Astarada şəlalədə çimən turisti söydü, həbs olundu

Astarada şəlalədə çimən adamı söyən şəxs həbs edilib. Canlixeber.com xəbər verir ki, hadisə rayonda məşhur Sım şəlaləsi ərazisində qeydə alınıb. 40 yaşlı kənd sakini Həmid Mədətov (şərti adla) şəlalənin yanında olarkən bir nəfərin suda çimdiyini görüb. Həmid həmin şəxsə ətrafda evlər olmasını deyib və sudan çıxmasını istəyib. Qarşı tərəf də buranın istirahət zonası olduğunu deyərək, […]

1 min read

Astarada elektrik dirəyində təmir aparan şəxs faciəli şəkildə öldü

Astara rayonunda bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, rayonun Kijəbə qəsəbə sakini – 1990-cı il təvəllüdlü Babək Baxşıyev yaşayış məntəqəsinin ərazisində işıq dirəyində təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.