1 min read

Bakıda məktəbin həyətində gənc oğlana çoxsaylı bıçaq zərbəsi vurulub

Bakının Sabunçu rayonunda internat məktəbinin həyətində bir nəfər bıçaqlanıb Canlixeber.com xəbər verir ki, hadisə Maştağa qəsəbəsində yerləşən 293 saylı orta məktəbin həyətyanı sahəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü Hüseynov Şamil Amil oğlu tanışı ilə dava zamanı bıçaqlanıb. Onun qollarına 4, döş qəfəsi nahiyyəsinə 1 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda hadisəni törədən […]

1 min read

Biləsuvarın bəzi ərazilərində işıq kəsiləcək

Biləsuvarın bəzi ərazilərinin elektrik təminatında fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, iyulun 11-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Biləsuvar” yarımstansiyasının 10 kV-luq birinci bölməsində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 11:00-dan 13:00-dək Aranlı, Bağbanlar, Çinarlı, Günəşli, İsmətli, Nəsimi, Zəhmətabad kəndləri, eləcə də şəhər ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri […]

1 min read

Ucarda 16 yaşlı yeniyetmə suda boğulub

Ucarda 16 yaşlı yeniyetmə suda boğulub. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qazyan kəndində qeydə alınıb. Belə ki, 16 yaşlı gənc Ucarın Qazyan kəndi ərazisindən keçən su arxında boğulub. Hadisə yerinə hüquq mühafizə orqanları və Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Yeniyetmənin axtarışları istiqamətində zəruri işlər davam etdirilir.

1 min read

Azərbaycanlı futbolçu Kamil Sadıqov Albaniya klubuna transfer olunub

Azərbaycanlı futbolçu Kamil Sadıqov Albaniyanın Kavaya şəhərini təmsil edən “KS Besa Kavaya” klubu ilə peşəkar müqavilə imzalayıb. Canlixeber.com xəbər verir ki, gənc futbolçu Albaniya klubunda mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edəcək. Qeyd edək ki, Kamil Sadıqov futbolçu kimi Azərbaycanın aparıcı futbol akademiyalarından biri olan “Qarabağ”ın aşağı yaş qruplarında yetişib. O, “Qarabağ”ın U-19 komandasının kapitanı olub, daha […]

1 min read

Bu gün hava necə olacaq?

İyulun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-80%, gündüz […]

1 min read

Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlanıb

Avrokubokların I təsnifat mərhələsinin ilk oyunları Azərbaycan futbolu tarixinə ən uğurlu həftə kimi düşüb. Canlixeber.com xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb. Bildirilib ki, klublarımızın hər üç oyunda qalib gəlməsi qitəmiqyaslı turnirlər tarixində ikinci belə hadisədir. UEFA Çempionlar Liqasında “Sabah” TNS-i (Uels) 2:0, UEFA Avropa Liqasında “Qarabağ” “Vestri”ni (İslandiya) və UEFA […]

1 min read

Bakıda 6 avtobus marşrutu alternativ küçələrə yönləndirilib

Paytaxtın Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinədək, eləcə də Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissələrində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi […]

1 min read

Göygöldə 86 yaşlı qadının meyiti tapılıb

Göygöl rayonunda 86 yaşlı qadının meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə ötən gün rayonun Şəhriyar kəndində baş verib. Məlumata görə, kənd sakini 1940-cı il təvəllüdlü qadının üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisində tapılıb. Faktla bağlı araşdırma aparılır.

3 mins read

Səhiyyə Nazirliyi Bakıda qulaqdibi xəstəliyinin yayılması ilə bağlı məlumatlara aydınlıq gətirib

Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar yayılır. Canlixeber.com Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, həmin məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir. Bildirilib ki, hazırda ölkədə epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir: “Qeydiyyata alınan yoluxma halları ayrı-ayrı sporadik hallardan ibarətdir, hər hansı epidemiya və ya kütləvi yayılma […]