Transfer
“Səbail” heyətini yeni futbolçu ilə gücləndirdi
“Səbail” futbol klubu heyətinə yeni futbolçu cəlb edib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, paytaxt təmsilçisi son olaraq Albaniyanın “Elbasani” klubunda çıxış etmiş kamerunlu Samuel Nongohla müqavilə imzalayıb.
NTD ABŞ-dən olan basketbolçu Cey-Kuan Yuinqi heyətinə qatıb
NTD ABŞ-dən olan basketbolçu Cey-Kuan Yuinqi heyətinə qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubdan məlumat verilib. 25 yaşlı oyunçu ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb. Mərkəz və ağır hücumçu mövqelərində çıxış edən Cey-Kuan Yuinq ötən mövsümü ABŞ-də “Saint Peter”s Peacocks” komandasında keçirib.
Seneqallı voleybolçu Seriqne Nqaqne Fall Azərbaycan klubuna keçib
Seneqallı voleybolçu Seriqne Nqaqne Fall karyerasını Azərbaycanda davam etdirəcək. Canlixeber.com xəbər verir ki, “Murov Az Terminal” 31 yaşlı blokçunu heyətinə qatdığını açıqlayıb. Xatırladaq ki, daha əvvəl İsveç və İsveçrədə legioner həyatı yaşayıb.
“Sumqayıt” Elşad Şirzadovu heyətinə qatıb
“Sumqayıt” heyətinə yeni basketbolçu cəlb edib. Canlixeber.com xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisindən məlumat verilib. Komanda müdafiəçi mövqeyində çıxış edən Elşad Şirzadovla 1 illik müqavilə imzalayıb. Şirzadov ötən mövsümü “Ordu”nun heyətində keçirib. 27 yaşlı basketbolçu daha əvvəl NTD və “Gəncə” klublarında da oynayıb. O, Azərbaycanın U-18, U-20 və əsas millisinin uğurları üçün də […]
Litvalı basketbolçu Oleq Kojenets “Naxçıvan”a keçib
Litvalı basketbolçu Oleq Kojenets “Naxçıvan”da çıxış edəcək. Canlixeber.com xəbər verir ki, bu barədə klubdan məlumat verilib. 23 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb. Oleq Kojenetsin son klubu NCAA komandalarından “Stony Brook” olub.
“Neftçi” basketbol klubu monteneqrolu hücumçu Miliç Starovlahı heyətinə qatıb
“Neftçi” basketbol klubu monteneqrolu hücumçu Miliç Starovlah ilə mövsümün sonunadək müqavilə imzalayıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. Karyerası ərzində müxtəlif ölkələrin klublarında çıxış etmiş 200 sm boya malik 28 yaşlı təcrübəli basketbolçu Adriatik Liqasının (ABA League) “Buduçnost” və “Mornar” kimi tanınmış komandalarının da formasını geyinib. Monteneqro millisinin sabiq üzvünün son […]
ABŞ-dən olan basketbolçu Maylz Uilmot “Naxçıvan”a keçib
“Naxçıvan” ABŞ-dən olan basketbolçu Maylz Uilmotu heyətinə qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Onun müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub. 25 yaşlı oyunçunun son klubu NCAA-da mübarizə aparan “Canisius Golden Griffins” komandası olub.
“Naxçıvan” ABŞ-li basketbolçu Kristian Konseni transfer edib
“Naxçıvan” klubu ABŞ-dən olan basketbolçu Kristian Konse ilə 1 illik müqavilə imzalayıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 196 sm boya malik 26 yaşlı oyunçu ötən mövsümü “Quba” klubunda keçirib.
“Araz-Naxçıvan” heyətini iki legioner futzalçı ilə gücləndirib
“Araz-Naxçıvan” heyətini iki legioner futzalçı ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun prezidenti Mahmud Sadıqov məlumat verib. Komanda iranlı yarımmüdafiəçi Mehrdad Kərimi və braziliyalı hücumçu Yaqo Enrike Pereyranı heyətə cəlb edib. Hər iki fuzalçı ilə 1 illik müqavilə imzalanıb.
“Naxçıvan” Murad Babayevi heyətinə qatıb
“Naxçıvan” daha bir gənc basketbolçunu heyətinə qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Murad Babayevlə 1 illik müqavilə imzalanıb. Xatırladaq ki, 20 yaşlı oyunçu son olaraq NTD klubunun şərəfini qoruyub. M.Babayev həmçinin bu yay FIBA U-20 Avropa çempionatının B divizionunda Azərbaycan millisinin heyətində də çıxış edib.
