Futbolçu
Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı
Dünyanın ən bahalı oyunçularının yeni siyahısı açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə futbolçuların transfer qiymətlərini analiz edən “Transfermarkt” portalı məlumat yayıb. Siyahının liderləri qismində hər biri 220 milyon avro olaraq qiymətləndirilən norveçli hücumçu Erlinq Holand və ispaniyalı vinger Lamin Yamal qərarlaşıblar. Ən bahalı futbolçuların reytinq cədvəlinin ilk onluğuna düşənlər bunlardır:
“Qarabağ”ın hücumçusu millinin oyununda zədələndi
“Qarabağ”ın futbolçusu Renaldo Sefas Yamayka millisinin oyununda zədələnib. Canlixeber.com xəbər verir ki, o, CONCACAF Millətlər Liqasının qrup mərhələsində Honduras ilə keçirilən oyunun 12-ci dəqiqəsində topsuz vəziyyətdə dizindən zədə alıb. Yamayka millisinin baş məşqçisi Rufold Spid bu səbəbdən məcburi əvəzetmə edib. Qeyd edək ki, qarşılaşma Honduras millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, Sefas […]
Azərbaycandan ayrılıb Afrikaya üz tutdu
Ötən mövsüm “Karvan-Yevlax”da oynayan Mise Nqvisaninin yeni klubu bəlli olub. Canlixeber.com xəbər verir ki, almaniyalı müdafiəçi Afrikaya üz tutub. O, Liviyanın “Əl-Bəşayir” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, Nqivisani ötən mövsüm “Karvan-Yevlax” Misli Premyer Liqasında çıxış edərkən bu komandada oynayıb və 27 matçda iştirak edib.
“İnter”in və İtaliya millisinin əfsanəvi oyunçusu Sandro Matsola vəfat edib
İtaliya millisinin heyətində 1968-ci il futbol üzrə Avropa çempionu olan Sandro Matsola 84 yaşında vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə yarımmüdafiəçinin bütün oyun karyerasını keçirdiyi “İnter”in mətbuat xidməti məlumat yayıb. Ölümün səbəbləri açıqlanmır. Klubun heyətində Matsola iki dəfə Avropa Çempionlar Kubokunu və Qitələrarası Kuboku qazanıb, dörd dəfə isə İtaliya çempionu olub. 1966-cı ildə […]
“Karvan-Yevlax” klubu ötən ay müqavilə bağladığı Nemət Şixamirovla yolları ayırıb
“Karvan-Yevlax” klubu ötən ay müqavilə imzaladığı Nemət Şixamirovla yolları ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə Yevlax təmsilçis məlumat yayıb. Futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Qeyd edək ki, N.Şıxamirovla avqustda imzalanan müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulmuşdu.
“Qarabağ”dan ayrılan Zubir yeni komandasında debüt etdi
“Qarabağ”ın sabiq ulduzu Abdulla Zubirin Səudiyyə Ərəbistanı karyerası rəsmən başlayıb. Canlixeber.com xəbər verir ki, maliyyə problemləri səbəbindən transferi sual altında olan 34 yaşlı fransalı vingerlə bağlı maneə son anda aradan qaldırılıb. Birinci divizion təmsilçisi “Əl-Oroba” təcrübəli futbolçu ilə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalandığını açıqlayıb. Zubir yeni komandasında debüt də edib. O, “Al-Rabia” ilə 2:2 hesablı […]
Renat Dadaşovun yeni klubu məlum oldu
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni komandası bəlli olub. Canlixeber.com xəbər verir ki, 27 yaşlı hücumçu Ukraynanın “Bukovina” klubu ilə anlaşıb. Təcrübəli forvard 2-3 gün ərzində yeni komandası ilə müqavilə imzalayacaq. Sözləşmənin detalları bəlli deyil. Məlumat üçün bildirək ki, “Bukovina” bu mövsüm Ukrayna Premyer Liqasına yüksəlib. Komanda hazırda 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. […]
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu model Corcina Rodriqeslə evlənib. Canlixeber.com xəbər verir ki, 41 yaşlı futbolçu sosial şəbəkələrdə nişan üzükləri taxılmış əllərinin fotosunu paylaşıb. “People” nəşrinin məlumatına görə, rəsmi nikah mərasimi 2026-cı il avqustun 11-də Portuqaliyanın Kaşkayş şəhərində baş tutub. Toy qapalı və gizli şəkildə keçirilib. Mərasimdə yalnız cütlüyün beş övladı iştirak edib. Ronaldu və […]
“Fenerbahçe” 3 futbolçu ilə yolları ayırır
Yay transfer dönəmində heyətini mühüm futbolçularla gücləndirən “Fenerbahçe”də legioner sayının artması səbəbindən üç futbolçu ilə yolların ayrılması gözlənilir. Canlixeber.com xəbər verir ki, klub Dominik Livakoviç, Oqnen Mimoviç və Rodrigo Bekao ilə yolları ayırmağa hazırlaşır. Xorvatiyalı qapıçı Livakoviç üçün təxminən 4 milyon avro transfer haqqı tələb olunur. Sağ cinah müdafiəçisi Oqnen Mimoviçin isə yenidən icarəyə göndərilməsi […]
Savonun son durumu açıqlandı
“Qarabağ”ın zədəli futbolçusu Zakaria Savonun son durumu açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb. Məlumata görə, isveçli hücumçunun müayinəsindən sonra sağ bud əzələsinin qismən yırtılması aşkarlanıb. Onun 8 həftəyə yaşıl meydanlara geri qayıtması gözlənilir. Xatırladaq ki, Savo UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ÇSKA (Sofiya) ilə Bolqarıstandakı cavab oyununda zədələnib.
