1 min read

Ucarda yol qəzası olub, xəsarət alanlar var

Ucarda rayonunda yol qəzası olub, xəsarət alanlar var. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib. Belə ki, Bakı şəhər sakini, 1974- ci il təvəllüdlü Aydın Əliyevin idarə etdiyi “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Nəticədə sürücü A. Əliyev sərnişinləri- Bakı şəhər sakini, 1986- cı il […]

1 min read

Ucara qardaşıgilə gələn qadın zəhərlənib öldü

Ucar rayonunda 40 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayon mərkəzindəki mənzillərdən birində baş verib. Zərdab rayon sakini 1986-cı il təvəllüdlü Vüsalə Namət qızı İmanova qardaşının evinə qonaq gəlib. O, sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Ucarda motosiklet piyadanı vurdu: Sürücü özü də xəsarət aldı

Ucarda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Səttarxan küçəsində qeydə alınıb. Rayon sakini, 1963-cü il təvəllüdlü Qasım Mahmud oğlu Qasımov idarə etdiyi “Ural” markalı motosikletlə 1962-ci il təvəllüdlü Mais Hacı oğlu Hüseynovu vurub. Nəticədə motosikletin sürücüsü Q.Qasımov və piyada M.Hüseynov müxtəlif dərəcəli xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma […]

1 min read

Ucarda avtomobilin vurduğu velosipedçi ölüb

Ucarda yol-nəqliyyat hadisəsi olub, ölən var. Canlixeber.com xəbər verir ki, hadisə gecə saatlarında Bakı- Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib. Belə ki, Bərdə rayon sakini, 1992-ci il təvəllüdlü Rusif İsmayıl oğlu Mehralıyev idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə velosipedçini vurub. Aldığı ağır xəsarətlərdən velosipedçi hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma […]

1 min read

Ucarda 16 yaşlı yeniyetmə suda boğulub

Ucarda 16 yaşlı yeniyetmə suda boğulub. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qazyan kəndində qeydə alınıb. Belə ki, 16 yaşlı gənc Ucarın Qazyan kəndi ərazisindən keçən su arxında boğulub. Hadisə yerinə hüquq mühafizə orqanları və Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Yeniyetmənin axtarışları istiqamətində zəruri işlər davam etdirilir.

1 min read

Bakı-Qəbələ-Bakı qatarı Ucarda dayanacaq

Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarlara 2026-cı il iyulun 4-dən başlayaraq Ucar stansiyasında da hər iki istiqamətdə dayanacaq veriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb. Hərəkət cədvəli ilə qurumun saytında və ya “ADY Mobile” tətbiqində tanış ola bilərsiniz.