Sabunçu rayonu
Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü – Kobud danışığa görə
Bakıda gənc oğlan arvadını döyüb. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. 23 yaşlı Müslüm Səfərovla (şərti adla) həyat yoldaşı arasında qonaq otağında mübahisə düşüb. Buna səbəb qadının onunla kobud danışması olub. Mübahisə zamanı Müslüm dəmir armaturla arvadının qol, əl və ayaq nahiyələrinə zərbələr vuraraq, xəsarətlər yetirib. Faktla bağlı Müslüm Səfərov saxlanılaraq, […]
Ata Bakıda evini satmaq istədi, oğlu tərəfindən döyüldü
Bakıda evini satmaq istəyən kişi oğlu tərəfindən döyülüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. Belə ki, 1988-ci il təvəllüdlü Elman Ağayev (adı və soyadı şərtidir) işdən evə gələndə eşidib ki, atası yaşadıqları evi satmaq istəyir. O bu barədə atası ilə danışıb və atası faktı təsdiqləyib. Atası bildirib ki, evi […]
Bakıda marketin qarşısında dayanan şəxsi avtomobil vurub
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. 1985-ci il təvəllüdlü Rəşad Nəcəfov marketin qarşısında dayanarkən yüksək sürətlə hərəkət edən avtomobil onu vurub. Hadisə nəticəsində R.Nəcəfov müxtəlif sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
Sabunçu rayonunda 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, Maştağa qəsəbəsinin sakini, 1989-cu il təvəllüdlü Azat Aşıroviç Yazklıçov yaşadığı evin damında təmir işləri aparan zaman elektrik cərəyanı vurması nəticəsində yıxılaraq həyatını itirib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Bakıda bədbəxt hadisə: Uşaq dəmir barmaqlıqlara ilişərək öldü
Bakıda 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə dünən saat 17 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini 2018-ci il təvəllüdlü Y.Ə. evlərinin həyətindəki dəmir barmaqlıqlardan ibarət hasardan keçmək istəyərkən başı barmaqlığa ilişib. O, hadisə yerində köməksiz qaldığından boğularaq ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Sabunçuda kişinin boğazı kəsildi: Arvadı saxlanıldı
Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub. Aparılan araşdırmalarla N.Syubayevin həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zəminində bıçaqla öldürülməsi şübhələri ortaya çıxıb. A.Azizova polis əməkdaşları […]
Bakıda AĞIR QƏZA: Piyada öldü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb. 1992-ci il təvəllüdlü Elvin Tofiq oğlu Cəlilov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə yanacaqdoldurma məntəqəsinin yanında üzü şəhər istiqamətində hərəkətdə olan zaman yolu sağdan sola keçmək istəyən piyada, 1966-cı il təvəllüdlü Mehriban Bəşir qızı Nağıyevanı vurub. Nəticədə […]
Sabunçuda avtobus piyadanı vurub öldürdü
Bakıda avtobus piyadanı vurub. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. 45 yaşlı Kamalova Gülbəniz İsa qızını avtobus vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Sabunçuda keçmiş məhkumlar qonşularının evini qarət etdilər
Sabunçu rayonu ərazisində evlərdən birində oğurluq hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş F.Ağayev və E.Qəhrəmanov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər qonşuluqda yaşayan sakinin evinə daxil olaraq oradan 8 800 manat dəyərində kombi, su mühərriki […]
Sabunçuda 70 min manatlıq naqil oğurlanıb
Paytaxtın Sabunçu, Xəzər, eləcə də Abşeron rayonunda müxtəlif ünvanlardan ümumi dəyəri 70 min manat olan elektrik naqilləri oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllərdə məhkum olunmuş 42 yaşlı Zamin Cəfərov saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin […]
