1 min read

Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub

Biləsuvar rayonunda elektrik enerjisinin verilişi bərpa olunub. Canlixeber.com xəbər verir ki, ötən gün elektrik enerjisinin verilişində yaranan fasilə səbəbindən Biləsuvar şəhərinin və rayonun bir sıra kəndlərinin böyük hissəsi işıqsız qalmışdı. Qeyd edək ki, hadisə zamanı rayon ərazisində ildırımla müşayiət olunan yağışlı hava şəraiti hökm sürüb.

1 min read

Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan minik avtomobili aşıb. İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

3 mins read

Biləsuvarda toyda bıçaqlanma olub

“Dövlət ümumi təhsil məktəblərində müəllimlərin işgüzar geyimi və şagirdlərin vahid məktəbli formasının tətbiq olunması qanunvericiliyimizin, hüququn və Konstitusiyanın tələblərinə uyğundur”. Canlixeber.com xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə Milli Məclisin deputatı Musa Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda ümumtəhsil məktəblərində təhsil dünyəvi xarakter daşıyır və təhsilin həm mahiyyəti, həm də forması dünyəvilik prinsipinə uyğunlaşmalıdır. Nazirlər Kabinetinin […]

1 min read

Biləsuvarda 26 yaşlı şəxs öldürüldü: Xalası oğlu tutuldu

Biləsuvar rayonunda qətl hadisəsi olub. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Milan Loğman oğlu Soltanlı bıçaqlanıb. O, aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb. Əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Onun öldürülən şəxsin xalası […]

1 min read

Toydan geri dönürdü, maşın vurub öldürdü

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Biləsuvar şəhərində, Heydər Əliyev prospektində olub. Belə ki, 1981-ci il təvəllüdlü Elçin Yaşar oğlu Cabbarov yolu keçərkən onu maşın vurub. Aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb. Qeyd edək ki, E.Cabbarov hadisə baş verən yerin yaxınlığında yerləşən şadlıq evində toy […]

1 min read

Sabah Biləsuvarın 6 kəndində qaz olmayacaq

Sabah Biləsuvar rayonunun 6 kəndində qaz təchizatı dayandırılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ağalıkənd, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Aşağı Cürəli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 min read

Biləsuvarda DƏHŞƏT: Kişi arvadının bədənində siqaret söndürdü

Biləsuvar rayonunda kişi arvadını döyərək, bədənində siqaret söndürüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Mirzə Qulamov (ad və soyad şərtidir) evə gələrkən həyat yoldaşını evdə tapmayıb. Məlum olub ki, həyat yoldaşı əkin sahəsinə işləməyə gedib və ondan icazə almayıb. O, həyat yoldaşını evə çağırıb və aralarında […]

1 min read

Sabah Biləsuvarın bir hissəsində qaz kəsiləcək

Sabah Biləsuvarın bəzi yerlərində qaz təchizatı dayandırılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Xırmandalı, Bəydili, Muğan, Yuxarı Ağalı kəndlərinin, Biləsuvar şəhərinin “Təyyarə Meydanı” yaşayış massivinin və H. Əliyev prospektinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə […]

1 min read

Biləsuvarda sürücü infarkt keçirdi, maşın kanala aşdı

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Aşağı Cürəli kəndində əkin sahələrinə gedən torpaq yolda baş verib. “Niva” markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Əlizadə Əliyev sükan arxasında infarkt keçirib. Bundan sonra avtomobil yol kənarındakı kanala düşüb. Sürücü həyatını itirib. Əlizadə Əliyev rayon ərazisində fəaliyyət göstərən pambıq şirkətlərinin birində aqronom kimi […]