1 min read

Azərbaycan XİN Qırğızıstanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Qırğızıstanı Milli Günü münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, nazirlik bu barədə “X” sosial media hesabında yazıb. “Qardaş Qırğızıstan xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Milli Günün mübarək, Qırğızıstan!! – paylaşımda qeyd olunub.

1 min read

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

Xaçmaz rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub. Canlixeber.com xəbər verir ki, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “BMW-X6” markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq Çinar ağacına çırpılıb. Qəza nəticəsində avtomobildə olan altı nəfərdən biri – 2002-ci il təvəllüdlü Eltun Elşən oğlu Əskərov ölüb, beş […]

1 min read

“Neftçi”nin yeni transferi Şotlandiyadan gəlir

“Neftçi”nin Şotlandiyanın “Dandi Yunayted” klubunda çıxış edən Vitsko Şeveli transfer etmək üzrə olduğu iddia edilir. Canlixeber.com xəbər verir ki, bu barədə “The Courier” məlumat yayıb. Bildirilir ki, 25 yaşlı xorvat futbolçu “Dandi Yunayted”in “Kilmarnok”la şənbə günü keçirilən görüşündə iştirak etməyib. Şevel transferi ilə bağlı razılıq əldə olunduqdan sonra tibbi müayinədən keçmək və müqavilə şərtlərini müzakirə […]

1 min read

Müəllimlərin təkrar sertifikasiyasına başlanılır

Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq müvafiq məlumatlarla tanış ola bilərlər. Canlixeber.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd edək ki, 3 sentyabrdan etibarən təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi təşkil olunacaq. Nəzərinizə […]

2 mins read

Tanımadığı şəxsi ailəsinin gözü qarşısında döydü, cəzalandırıldı

Nizami Rayon Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Asəf Vəliyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Canlixeber.com xəbər verir ki, hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin […]

1 min read

Xaçmazda yük qatarının qarşısına qəfildən insan çıxdı

Bu gün saat 05:05-də “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Xaçmaz stansiyasında hərəkət edən yük qatarının qarşısına qəfil insan çıxıb. Canlixeber.com xəbər verir ki, maşinist təcilli tormozlama aparsa da, məsafə az olduğundan vurulma hadisəsi qaçılmaz olub, həmin şəxs vəfat edib. “ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada […]

1 min read

656 bal topladı, region universitetini seçdi

Lənkəran rayonunun İstisu qəsəbəsində Rəsul Qurbanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin Xl sinif şagirdi Ofeliya İkram qızı Məhərrəmova qəbul imtahanında yüksək nəticə göstərənlərdən olub. Canlixeber.com xəbər verir ki, o, imtahanda 656 bal toplasa da, seçimi Lənkəran Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisası olub.

1 min read

Bakının bir hissəsində İŞIQ OLMAYACAQ

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 31-də Yasamal rayonunda Transformator Məntəqəsində (TM) təmir işləri həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Ayna Sultanova, Xaqan Dadaşov, Xıdır Mustafayev, Mirəli Seyidov, Mirzə Cabbar Məmmədzadə, Nəriman Nərimanov, […]

1 min read

43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb

Şəmkirdə 43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb. Məlumata görə, 1983-cü il təvəllüdlü Elman Həsənovun meyitini ilk olaraq qonşusu görüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.

1 min read

Premyer Liqada turun bağlanış oyunları: “Qarabağ” “Sumqayıt”a, “Sabah” “Araz-Naxçıvan”a qarşı

Misli Premyer Liqasında III tura yekun vurulur. Canlixeber.com xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək. İlk görüşdə “Araz-Naxçıvan” “Sabah”ı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-da başlayacaq. Günün digər qarşılaşmasında isə “Sumqayıt” “Qarabağ”la üz-üzə gələcək. “SOCAR Polymer Arena”da keçiriləcək görüş saat 20:15-də start götürəcək. 31 avqust Misli Premyer Liqası III […]