1 min read

Xaçmazda əməliyyat: Yeddi nəfər həbs edildi

Xaçmazda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası, satışı və saxlanılması ilə məşğul olan Elçin Ələskərov, İmran İlyasov, Fərhad Əliyarov, Sərxan Şıxıyev, Ruslan Xurşudov, İmran Paşayev və Pərviz Xurşudov […]

1 min read

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

Xaçmaz rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub. Canlixeber.com xəbər verir ki, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “BMW-X6” markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq Çinar ağacına çırpılıb. Qəza nəticəsində avtomobildə olan altı nəfərdən biri – 2002-ci il təvəllüdlü Eltun Elşən oğlu Əskərov ölüb, beş […]

1 min read

Xaçmazda yük qatarının qarşısına qəfildən insan çıxdı

Bu gün saat 05:05-də “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Xaçmaz stansiyasında hərəkət edən yük qatarının qarşısına qəfil insan çıxıb. Canlixeber.com xəbər verir ki, maşinist təcilli tormozlama aparsa da, məsafə az olduğundan vurulma hadisəsi qaçılmaz olub, həmin şəxs vəfat edib. “ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada […]

1 min read

Xaçmazda iki ata övladını BIÇAQLADI

Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Canlixeber.com xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminində 22 yaşlı oğlu Murad Musayevə mətbəx bıçağı ilə sağ böyrək nahiyəsindən xəsarət yetirib. Yaralı sağ böyrək nahiyəsinin […]

1 min read

Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb

Xaçmaz rayonunda kanalda meyit aşkarlanıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Ağaşirinoba kəndi ərazisində qeydə alınıb. Meyiti tapılan şəxsin 1960-cı il təvəllüdlü Xudat şəhər sakini Leyla Ağamalıyeva olduğu müəyyən edilib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 min read

Bu yaxınlarda Xaçmaz heyvan bazarı fəaliyyətə başlayacaq

Azərbaycanda 14 heyvan bazarının fəaliyyəti bərpa edilib. Canlixeber.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyev qurumun 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib. O bildirib ki, ilin ilk altı ayı ərzində 11 heyvan bazarı yenidənqurmadan sonra istifadəyə verilib: “Bu yaxınlarda Xaçmaz heyvan bazarı fəaliyyətə başlayacaq”.

1 min read

Xaçmazda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən İsa Cəbiyev saxlanılıb. Canlixeber.com xəbər verir ki, ondan 1 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Həyata keçirilən digər tədbir zamanı saxlanılan əvvəllər məhkum olunmuş Eyvaz Musayevdən isə 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron, həmçinin narkotik vasitə heroin aşkarlanıb. […]

1 min read

Xaçmazda uzunqulağın dişlədiyi 70 yaşlı kişi ölüb

Xaçmaz rayonunda uzunqulağın dişlədiyi 70 yaşlı kişi ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Yergüc kəndində baş verib. Kənd sakini, 1956-cı il təvəllüdlü Murad Əsfəndiyarovu bir həftə əvvəl kənd ərazisində uzunqulaq dişləyib. Bir müddət ev şəraitində müalicə alan şəxsin bu gün vəfat etdiyi bildirilir. Meyit müayinə olunmaq üçün Xaçmaz rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji […]