Neftçi FK
Misli Premyer Liqası: “Neftçi” “Turan Tovuz”u qəbul edir
Misli Premyer Liqasının IX turunun növbəti oyunları bu gün keçiriləcək. Canlixeber.com xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq. Günün ilk matçında “Şəfa” “Kəpəz”lə üz-üzə gələcək. “SOCAR Polymer Arena”da keçiriləcək görüş saat 16:30-da başlayacaq. Günün digər qarşılaşmasında isə “Neftçi” “Turan Tovuz”u qəbul edəcək. “Palms Sports Arena”da baş tutacaq matçın start fiti saat […]
Misli Premyer Liqası: Turun mərkəzi oyununda “Qarabağ” “Neftçi” ilə üz-üzə gələcək
Bu gün futbol üzrə Azərbaycan Misli Premyer Liqasının VIII turunda daha iki matç oynanılacaq. Canlixeber.com xəbər verir ki, günün birinci qarşılaşmasında “Qəbələ” öz meydanında “Sabah” komandasını sınağa çəkəcək. Qəbələ şəhər stadionunda təşkil ediləcək bu görüş saat 16:00-da başlayacaq. Günün digər və turun əsas hesab olunan matçında isə “Qarabağ” “Neftçi” ilə qarşı-qarşıya gələcək. Tofiq Bəhramov adına […]
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
Azərbaycanın “Neftçi” və Litvanın “Spartak” (Vilnüs) futbol komandalarının veteranları bu gün qarşılaşacaq. Canlixeber.com xəbər verir ki, yubiley matçı saat 12:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Qarşılaşmanı tarixi edən əsas məqam komandaların 75 ildən sonra eyni arenada yenidən üz-üzə gəlməsidir. Belə ki, 1951-ci ildə stadionun açılışı zamanı da “Neftçi” və “Spartak” (Vilnüs) qarşılaşıb. O vaxt […]
“Neftçi” “Feyenoord”un yetirməsini transfer edir
Niderlandın U-19 millisinin sabiq futbolçusu Maruan Azarkan karyerasını Azərbaycanda davam etdirə bilər. Canlixeber.com xəbər verir ki, 24 yaşlı vinger “Neftçi”yə keçməyə yaxındır. Tərəflər arasında danışıqlar davam edir, lakin hələlik yekun razılıq əldə olunmayıb. Mərakeş əsilli futbolçu “Ən-Nəsr” klubundan ayrıldıqdan sonra hazırda azad agent statusundadır. Qeyd edək ki, Azarkan “Feyenoord”un yetirməsidir. O, Niderlandda “Ekselsior” və “Utrext”də […]
“Neftçi”nin yeni transferi Şotlandiyadan gəlir
“Neftçi”nin Şotlandiyanın “Dandi Yunayted” klubunda çıxış edən Vitsko Şeveli transfer etmək üzrə olduğu iddia edilir. Canlixeber.com xəbər verir ki, bu barədə “The Courier” məlumat yayıb. Bildirilir ki, 25 yaşlı xorvat futbolçu “Dandi Yunayted”in “Kilmarnok”la şənbə günü keçirilən görüşündə iştirak etməyib. Şevel transferi ilə bağlı razılıq əldə olunduqdan sonra tibbi müayinədən keçmək və müqavilə şərtlərini müzakirə […]
“Neftçi” Alessio Kurçi ilə yollarını ayırıb
“Neftçi” ilə futbolçu Alessio Kurçi arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Canlixeber.com xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ötən ilin yayında transfer olunan lüksemburqlu hücumçu “Neftçi”nin heyətində 19 rəsmi oyun keçirib. O, bu görüşlərdə 2 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.
“Neftçi”nin məğlub olacağını deyən dostunu küçədə döydü
Bakıda kişi küçədə dostunu döyüb. Canlixeber.com xəbər verir ki, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsində baş verib. 35 yaşlı Fərhad Əmirov (şərti adla) dostu ilə birgə “Neftçi” futbol klubunun oyununa baxmağa gedirmiş. Bu zaman dostu “Neftçi”nin məğlub olacağını deyib. Fərhad buna irad bildirəndə, dostu nalayiq ifadələrlə cavab verib. Bundan hiddətlənən Fərhad da dostunun üzünə bir […]
Azərbaycan millisinin basketbolçusu Ulaş Can Turğut “Neftçi”yə qayıdıb
Yeni mövsümün hazırlığını davam etdirən “Neftçi” basketbol komandası heyətinə daha bir oyunçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə paytaxt təmsilçisindən məlumat verilib. Komanda Azərbaycan millisinin üzvü Ulaş Can Turğut ilə anlaşıb. Onunla mövsümün sonunadək müqavilə imzalanıb. 23 yaşlı hücumçu 2024-cü ildə məhz “Neftçi”nin heyətində Azərbaycan Kubokunun qalibi olub. Ulaş Can Turğut son mövsümdə “Gəncə”də […]
“Sumqayıt” – “Neftçi” matçının məkanı dəyişdi
Misli Premyer Liqasının I turunun “Sumqayıt” – “Neftçi” görüşü Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisi məlumat yayıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan yenilənmə işlərinə görə I turda baş tutacaq “Sumqayıt” – “Neftçi” qarşılaşmasının digər stadionda keçirilməsinə qərar verilib. Qeyd edək ki, Premyer Liqanın […]
“Sabah” və “Neftçi”nin oyunlarını hansı kanal yayımlayacaq?
Avrokuboklarda ölkəmizi təmsil edən “Sabah” və “Neftçi” klublarının gələn həftə keçirəcəyi oyunları yayımlayacaq telekanal müəyyənləşib. Canlixeber .com xəbər verir ki, qarşılaşmalar İctimai TV-də canlı yayımlanacaq. Bundan başqa, kanal Türkiyənin ən köklü klublarından “Fənərbağça”nın da növbəti turdakı oyununu tamaşaçılara təqdim edəcək. 28 iyul, saat 19:00 UEFA Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu “KuPS” (Finlandiya) – […]
