1 min read

“Euronews” İlham Əliyevin Məsud Pezeşkianı “İstisu”ya qonaq etməsini yayımlayıb

Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkiana “İstisu” mineral suyunu təklif etməsi barədə “Euronews”da video yayımlanıb. Canlixeber.com xəbər verir ki, bununla bağlı “Euronews”un “X” sosial şəbəkə hesabında da paylaşım edilib. Xatırladaq ki, həmin görüşdə Azərbaycan Prezidenti iranlı həmkarına “İstisu” təklif edib: “Azərbaycan suyunun dadına da baxın! Burada əla “İstisu” suyu var. […]

1 min read

Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri sentyabrın 1-də başa çatıb. Canlixeber.com xəbər verir ki, “Manas” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev yola salıb.

1 min read

Prezident: Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəfliliyə töhfə verməyə davam edəcək

Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin möhkəmləndirilməsinə töhfə verməyə davam edəcək. Canlixeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “ŞƏT plyus” formatında keçirilən yüksək səviyyəli görüşdə çıxış edərkən bildirib. “Azərbaycan bu yaxınlara qədər 4 il ərzində Qoşulmama Hərəkatına sədrlik edib. Ölkə bundan sonra da beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin möhkəmləndirilməsinə töhfə verəcək”, – dövlət başçısı qeyd […]

1 min read

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

Ermənistan kommunikasiya və ticarət sahəsində regional layihələrin həyata keçirilməsi üçün Azərbaycan və Türkiyə ilə sıx işləyir. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “ŞƏT plyus” formatında keçirilən yüksək səviyyəli görüşdə bildirib.

1 min read

İlham Əliyev Təhlükəsizlik Şurası qətnamələrinin icrasında BMT-nin fəaliyyətsizliyinə diqqət çəkib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü müstəqil şəkildə bərpa edib. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “ŞƏT plyus” formatında keçirilən yüksək səviyyəli görüşdə çıxış edərkən bildirib.

1 min read

Birinci xanım Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Sentyabrın 1-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva və Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan ilə birlikdə Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub. Canlixeber.com xəbər verir ki, Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova Azərbaycan Respublikasının birinci xanımı […]

1 min read

İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir

Azərbaycan Ermənistanla birgə qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “ŞƏT plyus” görüşündə çıxış edərkən bildirib. “Ermənistanla birgə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində işləyirik”, – İ. Əliyev deyib.

1 min read

İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak etmək üçün Bişkekdəki “Irıs Ordo” Konqres Mərkəzinə gedib

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında görüş keçirilir. Canlixeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün Bişkekdəki “Irıs Ordo” Konqres Mərkəzinə gedib. Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamlayıb. Sonra “ŞƏT plyus” formatında keçirilən görüşün iştirakçıları birgə foto çəkdiriblər. […]